Iqtisadiyyatın davamlı inkişafı problemlər, perspektivlər. Beynəlxalq Elmi Konfransının materialları. I hissə, vol.3, pp.330-332, 2016 (Conference Book)
İqtisadi münasibətlər müstəsna dərəcədə çoxcəhətli olub, təkrar istehsal prosesinin müxtəlif fondlarında, təsərrüfatçılığın bütün səviyyələrində, ictimai fəaliyyətin bütün sferalarında meydana gəlirlər. Bu zaman ictimai varlığın tərəflərindən birini xarakterizə edən eynicinsli iqtisadi münasibətlər gələcəkdə ümumiləşdirilmiş abstrakt şəkildə təmsil olunur, iqtisadi kateqoriyanı əmələ gətirir. Maliyyə cəmiyyətdə obyektiv xarakterə və spesifik ictimai təyinata malik real mövcud olan istehsal münasibətlərini ifadə etməklə, iqtisadi kateqoriya kimi çıxış edir.