AZƏRBAYCAN DİLİNDƏ NİTQ ETİKETLƏRİ


Creative Commons License

Hümbətəliyeva S., İbrahimova K., İsmayılova X.

Filologiya məsələləri, no.1, pp.244-249, 2026 (Peer-Reviewed Journal)

Qısa məlumat

Nitq etiketlərinin fundamental prinsiplərindən biri qarşı tərəfi diqqətlə və səbrlə dinləmə bacarığıdır. Akademik və sosial ünsiyyətdə danışanın sözünü əsassız şəkildə kəsmək, onun fikirlərinə laqeyd yanaşmaq nitq mədəniyyətinin pozulması hesab olunur. Bununla belə, kommunikativ fəaliyyətin spesifik vəziyyətlərində nitqə müdaxilə zəruri ola bilər. Bu hallara mövzudan kənara çıxma, eyni fikrin əsassız təkrarı və ya danışanı ruhlandırmaq və fikrini dəqiqləşdirmək məqsədi ilə müdaxilə etmək daxil edilə bilər. Belə müdaxilələr yalnız nəzakətli və etik normalara uyğun aparılmalıdır; kobud, alçaldıcı və təhqiredici ifadələrdən istifadə qadağandır. Təhsil və təlim mühitində nitq etiketlərinin tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Müəllim şagird və ya tələbəyə diqqətlə qulaq asmalı, onların verdiyi cavabların natamam və ya səhv olmasını şəxsi keyfiyyətlərinə dair tənqid kimi qiymətləndirməməlidir. Əksinə, müdaxilələr istiqamətləndirici və düşündürücü xarakter daşımalı, öyrənənin özünü inkişaf etdirməsinə, nitq bacarıqlarını təkmilləşdirməsinə şərait yaratmalıdır. Bu yanaşma, həm də ünsiyyətdə etik davranışın formalaşmasına və Azərbaycan dilində nitq mədəniyyətinin davamlı inkişafına xidmət edir.