Azərbaycanda beynəlxalq biznes fəaliyyəində hasilatın pay bölgüsü (hpb) müqavilələrinin rolu


Allahverdiyeva M.

no.1, pp.7-14, 2025 (Peer-Reviewed Journal)

  • Nəşrin Növü: Article / Article
  • Nəşr tarixi: 2025
  • Səhifə sayı: pp.7-14
  • Açıq Arxiv Kolleksiyası: Məqalə
  • Adres: Bəli

Qısa məlumat

1994-cü ildən “Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycanda transmilliləşmə neft sektorunun hesabına sürətlə inkişaf etməyə başladı. Avropa və Asiyanın bir çox transmilli şirkətləri hasilatın pay bölgüsünə əsaslanan sazişlərlə Azərbaycanda fəaliyyətə başladılar. Hasilatın Pay Bölgüsünə (HPB) əsaslanan sazişlər imkan verir ki, xarici TMŞ-lər öz maraqlarını milli dövlətlərin maraqlarından üstün tuta bilsinlər. Bu xüsusiyyət bizdə də öz təsdiqini tapmışdır. Mədən sənayesində bağlanmış HPB sazişləri üzrə xarıcı şirkətlərlər (2003-2023-cu illər) 20 il ərzində 252,5 mlrd .dollar gəlir əldə ediblər. Azərbaycan dövlətinə xarici TMŞ-lər tərəfindən ödəmələr isə cox az (10-11%) olmuşdur. Azərbaycan Respublikasına cəlb olunan birbaşa xarici investisiyaların (88 mlrd.dollar) 90-%-i artıq repatriasiya edilmişdir. Nəzərə almaq vacibdir ki, Hasilatın Pay Bölgülü Sazişləri (HPBS) Azərbaycanda təkcə neft sektorunda deyil, qara və əlvan metallurgiya sənaye sektorlarında da geniş tətbiq edilir. Bu faktlar onu sübut edir ki, mövcud durumda beynəlxalq biznesin subyektləri olan şirkətlərin Azərbaycan iqtisadiyyatında müsbət və mənfi təsirləri var. Onları araşdırması cox aktual məsələdir.