Rəqəmsal İqtisadiyyat: Müasir Çağırışlar və Real İmkanlar adlı III beynəlxalq- elmi konfrans, vol.5, no.1, pp.124-131, 2023 (Conference Book)
Müasir
dövrdə rəqəmsallaşma cəmiyyətin və biznesin hər sahəsinə təsir göstərir.
Texnologiya artıq şəxsi və işgüzar fəaliyyətlərin əsas dayaqlarından biridir. Dünyanın
aparıcı şirkətləri müştəri ehtiyaclarını daha səmərəli qarşılamaq və daxili
prosesləri optimallaşdırmaq üçün texnoloji vasitələrdən geniş istifadə edirlər.
Rəqəmsallaşma nəticəsində müəssisələr həm daxili komunikasiya proseslərini
təkmilləşdirir, həm də müştərilərlə ünsiyyəti daha təsirli şəkildə qurmaqla
bazar tələblərinə çevik reaksiya verirlər. İnformasiya texnologiyaları sənəd
idarəçiliyindən tutmuş tapşırıqların icrası, marketinq fəaliyyəti, müştəri xidməti
və təhlükəsizlik məsələlərinə qədər müxtəlif sahələrdə tətbiq edilir. Bu
tendensiyaya Azərbaycan da qoşularaq rəqəmsal iqtisadiyyatın inkişafı,
innovasiyaların tətbiqi və qeyri-neft sektorunun gücləndirilməsi istiqamətində
addımlar atır. “Azərbaycan 2030” strategiyası çərçivəsində rəqəmsallaşma bu məqsədlərə çatmaq üçün əsas istiqamətlərdən
biri kimi nəzərdə tutulub.
Rəqəmsal transformasiya — şirkətlərin gündəlik fəaliyyətlərini, idarəetməsini
və strategiyalarını texnologiya əsaslı sistemlərlə inteqrasiya etmə prosesidir.
Bu keçidin əsasını isə, ilk növbədə, məlumatların
rəqəmsal formata keçirilməsi təşkil edir ki, bu da transformasiyanın təməlini
qoyur.
Rəqəmsal
transformasiyaya keçid zamanı ənənəvi bizneslər üçün texnoloji tədbirlərin
ardıcıl və planlı şəkildə həyata
keçirilməsi vacib əhəmiyyət daşıyır. Bu proses yalnız texnologiyanın tətbiqi ilə
məhdudlaşmır, həm də düşüncə tərzinin və fəaliyyət prinsiplərinin əsaslı
şəkildə dəyişdirilməsini tələb edir.
Açar
sözlər: rəqəmsallaşma, informasiya sistemləri, bulud texnologiyası, kiçik
və orta sahibkarlıq