PROMOTION AND RECOGNITION OF MUHAMMAD FAZULI'S HERITAGE IN THE CONTEXT OF HAYDAR ALIYEV'S STATEMANSHIP ACTIVITY


Creative Commons License

Əbdülhəsənov T.

FİLOLOGİYA MƏSƏLƏLƏRİ, pp.391-399, 2024 (Peer-Reviewed Journal)

Abstract

The article deals with the historical steps taken by the national leader of the Azerbaijani people, Heydar Aliyev, in the direction of protecting and promoting our classical literary heritage, especially the work he did in the field of introducing the legacy of the outstanding Azerbaijani poet Muhammad Fuzuli to the international world and introducing it into the future generations. Here, it is focused mainly on the activities carried out under the leadership of the Great Leader to celebrate the 500thanniversary of M. Fuzuli and their importance in strengthening the material and moral unity of the Turkish people. It is noted that at a time when the process of national self-awareness in the newly independent Turkic peoples is strengthening and important steps are being taken to strengthen the political and cultural unity between the Turkic states, as well as during the difficult days of our country, the solemn celebration of the 500th anniversary of the great poet is a call to the unity of the Turkic world against the background of Fuzuli's heritage and meant defining future goals. In this regard, after the restoration of state independence, he considered the promotion of Azerbaijani literature and culture on a world scale as one of the leading directions of the ideology of Azerbaijaniism and considered the celebration of the anniversary of Great Leader Fuzuli as one of the exceptional events. Heydar Aliyev's views on M. Fuzuli were interpreted in the study, and as a logical continuation of the work done in that period, the unparalleled services of Commander-in-Chief Mr. Ilham Aliyev in the direction of protecting the literary and cultural heritage were highly appreciated

Məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin klassik ədəbi irsimizin qorunması və təbliği yönündə atdığı tarixi addımlardan, xüsusilə görkəmli Azərbaycan şairi Məhəmməd Füzuli irsinin beynəlxalq aləmdə tanıdılması və gələcək nəsillərə aşılanması sahəsində gördüyü işlərdən geniş söz açılır. Burada, əsasən Ulu Öndərin rəhbərliyi ilə M.Füzulinin 500 illik yubileyinin keçirilməsi istiqamətində həyata keçirilən tədbirlər və bunların türk xalqlarının maddimənəvi birliyinin möhkəmləndirilməsindəki əhəmiyyəti üzərində dayanılır. Qeyd olunur ki, müstəqilliyə yenicə qədəm qoymuş türk xalqlarında milli özünüdərk prosesinin gücləndiyi və türk dövlətləri arasında siyasi-mədəni birliyin möhkəmləndirilməsi yönündə mühüm addımların atıldığı bir dönəmdə, həm də ölkəmizin ağır günlərində dahi şairin 500 illik yubileyinin təntənəli şəkildə keçirilməsi Füzuli irsi fonunda türk dünyasının birliyinə çağırış və gələcək hədəflərin müəyyənləşdirilməsi demək idi. Bu baxımdan dövlət müstəqilliyinin yenidən bərpasından sonra Azərbaycan ədəbiyyatı və mədəniyyətinin dünya miqyasında təbliğ olunmasını azərbaycançılıq məfkurəsinin aparıcı istiqamətlərindən biri hesab edən Ulu Öndər Füzulinin yubileyinin qeyd olunmasını müstəsna hadisələrdən biri hesab etmişdir. Araşdırmada Heydər Əliyevin M.Füzuli haqqında fikirləri şərh olunmuş, həmin dövrdə görülmüş işlərin məntiqi davamı olaraq bu gün Ali Baş Komandan cənab İlham Əliyevin ədəbimədəni irsin qorunması yönündəki misilsiz xidmətləri yüksək qiymətləndirilmişdir.