BƏXTİYAR VAHABZADƏNİN YARADICILIQ YOLU


Creative Commons License

Allahverdiyeva V.

Filologiya məsələləri, no.7, pp.489-494, 2025 (Peer-Reviewed Journal)

Qısa məlumat

Açar sözlər: B.Vahabzadə, şair, poeziya, ana dili, yaradıcılıq, vətən, milli dəyərlər B.Vahabzadə XX əsr Azərbaycan ədəbiyyatının qüdrətli şəxsiyyətlərindən biridir. Onun yaradıcılığının əsasını vətən, millət, xalq azadlığı, milli dəyərlər təşkil edir. B.Vahabzadə vətən və xalq ideologiyasına əsaslanan yaradıcılığı ilə ədəbiyyatımıza yeni ruh gətirmişdir. B.Vahabzadə yaradıcılığının əsasını milli ruh və istiqlal məfkurəsi təşkil edir. Yaradıcılığının ilk illərindən başlayaraq, istiqlal duyğusu, Vətənini, xalqını azad görmək istəyi bütün dövrlərdə öz əksini tapmışdır. Şairin poeziyasının populyarlığının səbəbi onun azadlıq və birlik mövzusunu bütün yaradıcılığı boyu tərənnüm etməsidir, xalqı milli yaddaşa, milli düşüncəyə söykənməyə səsləməsidir. Millilik, bəşərilik B.Vahabzadə yaradıcılığının ana xətti hesab olunur və onu səciyyələndirən başlıca amillərdən biri odur ki, tarixi baxımdan mürəkkəb bir dövrdə milli ruhda qələmə aldığı əsərləri ilə əbiyyatımızı zənginləşdirmişdir.


ТВОРЧЕСКИЙ ПУТЬ БАХТИЯРА ВАГАБЗАДЕ Ключевые слова: Б. Вагабзаде, поэт, поэзия, родной язык, творчество, Родина, национальные ценности Б. Вагабзаде является одной из могущественных личностей азербайджанской литературы XX века. Основу его творчества составляют Родина, нация, свобода народа и национальные ценности. Своим творчеством, основанным на идеологии Родины и народа, Б. Вагабзаде привнёс в нашу литературу новый дух. Основу его творчества составляют национальный дух и идеология независимости. Начиная с первых лет творчества, чувство независимости, стремление видеть свою Родину и народ свободными нашли отражение во все периоды его поэзии. Причина популярности поэзии поэта заключается в том, что он на протяжении всего творчества воспевал тему свободы и единства, призывал народ опираться на национальную память, национальное мышление. Национальность и общечеловечность считаются основной линией творчества Б. Вагабзаде, и одной из главных особенностей, характеризующих его, является то, что в исторически сложный период он обогатил нашу литературу произведениями, написанными в национальном духе.


Keywords: B. Vahabzadeh, poet, poetry, mother tongue, creativity, homeland, national values B. Vahabzadeh is one of the powerful figures of 20th-century Azerbaijani literature. The foundation of his creativity consists of homeland, nation, people’s freedom, and national values. With his works based on the ideology of homeland and nation, B. Vahabzadeh brought a new spirit to our literature. The essence of his creativity lies in the national spirit and the ideology of independence. From the early years of his career, the feeling of independence and the desire to see his homeland and people free were reflected in all periods of his poetry. The reason for the poet’s popularity is that throughout his creative path, he glorified the theme of freedom and unity, calling on the people to rely on national memory and national thought. Nationality and universal humanity are considered the main line of B. Vahabzadeh’s creativity, and one of the essential factors that characterize him is that, during a historically difficult period, he enriched our literature with works written in the national spirit.