Аssessment of the impact of state economic policy on price stability in Azerbaijan


Creative Commons License

Dadaşzadə G.

Tikintinin iqtisadiyyatı və menecment , vol.6, pp.157-162, 2021 (Peer-Reviewed Journal)

  • Publication Type: Article / Article
  • Volume: 6
  • Publication Date: 2021
  • Journal Name: Tikintinin iqtisadiyyatı və menecment
  • Page Numbers: pp.157-162
  • Azerbaijan State University of Economics (UNEC) Affiliated: Yes

Abstract

Müasir dövrdə dövlət qiymət siyasəti prosesin ümumi iqtisadi mexanizmin tərkib hissəsi kimi yox kor-təbii şəkildə həyata keçirir. Məlumdur ki, bazar münasibətlərinə keçidin əsas şərtlərindən biri qiymətlərin liberallaşdrılmasıdır ki, bu da tələb-təklif əsasında onların formalaşmasından irəli gəlir. Qiymət siyasəti dövlətin ümumi iqtisadi siyasətinin ən başlıca tərkib hissəsi olmaqla iqtisadi və sosial inkişafın son dərəcədə vacib amillərindən biri hesab edilir. Göründüyü kimi, qiymət hər tərəfli təsir göstərən, bütövlükdə isə ölkə iqtisadiyyatının inkişafı və tənzimlənməsində xüsusi rol oynayan ən əsas vacib elementlərdən biridir. Onu da qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatının formalaşması ilə əlaqədar qiymətin tənzimləyici funksiyası daha da güclənir və ölkə iqtisadi siyasətdə bu xüsusiyyətləri nəzərə almalıdır. Yəni, qiymət mexanizmi təsir birbaşa, dolayı yolla dövlətin nəzarəti altında olması şərt hesab olunur. Dövlət iqtisadi inkişafın digər sahələrində olduğu kimi qiymət siyasəti sayəsində də öz iqtisadi funksiyasını yerinə yetirməlidir