Qarabağ və Şərqi Zəngəzurda biznesin inkişafına marketinqin təsiri


Creative Commons License

Abdullayeva A.

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kiçik və orta sahibkarlığın inkişaf perspektivləri” mövzusunda RESPUBLİKA ELMİ-PRAKTİK KONFRANS, vol.1, pp.414-421, 2025 (Conference Book)

Qısa məlumat

Qarabağ və Şərqi Zəngəzurda biznesin inkişafı, son illərdə regionların bərpası və iqtisadiyyatın modernləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdə marketinq, regionların potensialını təqdim etmək, yerli və xarici bazarlarda inam yaratmaq, həmçinin bizneslərin dayanıqlı və rəqabətədavamlı olmasını təmin etmək üçün əsas vasitə rolunu oynayır. Marketinqin təsiri, brendinqin gücləndirilməsi, rəqəmsal marketinqin tətbiqi və innovativ biznes modellərinin inkişafı kimi sahələrdə özünü göstərir. Həmçinin, bu regionların zəngin tarixi və mədəniyyəti turizm və sosial layihələrin inkişafını stimullaşdırır. Marketinq, həm də yerli icmaların inkişafı və onların biznesə cəlb edilməsi baxımından mühüm rol oynayır. Qarabağ və Şərqi Zəngəzurda marketinqin strateji tətbiqi, bu bölgələrin iqtisadi və sosial inkişafına mühüm təsir göstərir və onların qlobal bazarlarda daha geniş yer almasınıtəmin edir. Qarabağ və Şərqi Zəngəzurda biznesin inkişafı, yalnız iqtisadi amillərlə deyil, həm də düzgün marketinq strategiyalarının tətbiqi ilə mümkün olacaqdır. Marketinqin strateji tətbiqi, regionda məhsul və xidmətlərin düzgün mövqeləndirilməsini, bazarda yer tutmalarını və beynəlxalq əlaqələrin qurulmasını təmin edir. Qarabağ və Şərqi Zəngəzurda bizneslərin dayanıqlı inkişafı, marketinqin müasir yanaşmalarına əsaslanaraq mümkündür. Bu yanaşmalar, həm iqtisadi inkişafı, həm də sosial rifahı artırmağa kömək edəcəkdir.