Azərbaycanın Vergi jurnalı, vol.1000, no.141, pp.111-119, 2021 (Peer-Reviewed Journal)
Aqro-ərzaq məhsullarının istehsalı ilə məşğul olunan müəssisə və təsərrüfatlarda yeni idarəetmə konsepsiyası kimi marketinqi tətbiq etmədən həmin müəssisə və təsərrüfatların bazara uyğunlaşmasından və bazarın tələbləri əsasında məhsul istehsal etmələrindən danışmaq mümkün deyil. Müəssisə və təsərrüfatların bazara uyğunlaşması üçün bazardan istehsal-satış fəaliyyətinə dair zəruri informasiyalar əldə edilməli və həmin informasiyalar əsasında bazar fəaliyyəti idarə edilməlidir. Bu informasiyala həm də bazarın konyunkturuna və tutumuna aid olmaqla, mikro və makro səviyyələrdə həmin bazarın marketinq idarə edilməsinə dair adekvat qərarlar qəbul etməyə imkan verir.