Vergi xəbərləri, pp.48-53, 2009 (Peer-Reviewed Journal)
«Vergi xəbərləri».-2009.-№3.-S.48-53.
Regionların sosial-iqtisadi inkişafının vergi tənzimlənməsi Regionların sosial-iqtisadi baxımdan inkişaf etdirilməsi, əhalinin rifah halının daha da yaxşılaşdırılması, yeni iş yerlərinin açılması və aqrar sektorun inkişafının təmin olunması dövlət tərəfindən irimiqyaslı tədbirlərin həyata keçirilməsini tələb etmişdir. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli Fərmanı bu baxımdan mühüm əhəmiyyət kəsb edir.