Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Elmi Xəbərləri”, vol.7, no.7, pp.71-85, 2019 (Peer-Reviewed Journal)
Tədqiqatın əsas məqsədi kənd təsərrüfatı məhsulları bazarının inkişafı və ixrac potensialının artırılması məsələlərinin araşdırılması, mövcud vəziyyətin təhlil edilməsi, bu sahənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təklif və tövsiyələrin verilməsindən ibarətdir. Tədqiqat işi situasiyalı təhlil və elmi tədqiqat üsulları əsasında yerinə yetirilmişdir. Araşdırmanın nəticəsi olaraq respublikamızda kənd təsərrüfatı məhsulları bazarının inkişafı və ixrac potensialının artırılması prioritetləri öyrənilib, qiymət amilinin rolu əsaslandırılıb. Eyni zamanda inkişaf etmiş ölkələrin təcrübəsinə müraciət olunub, ümumi dövlət dəstəyi məsələlərinə baxılb, kənd təsərrüfatı sahəsində dövlətin fiskal siyasətinin əhəmiyyətindən, subsidiyaların mənfi və müsbət cəhətləri barədə xususi qeydlər edilib. Tədqiqatın məhdudiyyətləri: daha geniş praktik informasiya tələb edir. Tədqiqatın praktik əhəmiyyəti: bu sahədə tədqiqatlar aparan və bu sahədə çalışan mütəxəssislərin elmi və əməli biliklərinin zənginləşdirilməsində müsbət rol oynaya bilər. Tədqiqatın elmi yeniliyi və orijinallığı: respublikamızda kənd təsərrüfatı məhsulları bazarının inkişafı və ixrac potensialının artırılmasına ciddi ehtiyacın olmasıdır.