NAXÇIVANIN STRATEJİ MÖVQEYİNİN MÖHKƏMLƏNDİRİLMƏSİNDƏ HEYDƏR ƏLİYEVİN XİDMƏTLƏRİ


Creative Commons License

Babayev İ.

PEDAQOJİ UNİVERSİTETİN XƏBƏRLƏRİ. Humanitar, ictimai və pedaqoji-psixoloji elmlər seriyası , vol.10, no.4, pp.48-57, 2026 (Peer-Reviewed Journal)

Qısa məlumat

“Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ən'ənələrinə malik olan Naxçıvan diyarı mürəkkəb və çətin inkişaf yolu keçmişdir. Orta əsrlərdə Şərqin iri elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən biri kimi şöһrət qazanmış Naxçıvan dünya sivilizasiyasına dəyərli töһfələr vermişdir. Azərbaycan atabəyləri - Eldəgizlər dövlətinin paytaxtı olmuş Naxçıvan şəһəri əsası Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbi ilə bütün Şərqdə məşһurlaşmışdır”.                                                                     Ulu Öndər Heydər Əliyevin 4 fevral 1999-cu ildə Naxçıvan Muxtar Respublikasının 75 illiyinin keçirilməsi һaqqında imzaladığı Fərmanda  Naxçıvanın Azərbaycanın zəngin dövlətçilik tarixi və mədiniyyətindəki  rolunu bu cümlələrlə ifadə edərək, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın strateji  əhəmiyyətini  də vurğulamışdır.