CƏMİYYƏT, vol.1, pp.1-2, 2024 (Non Peer-Reviewed Journal)
CƏMİYYƏT Respublikamızın Prezidenti Cənab İlham Əliyevin apardığı dövlət quruculuğu siyasətində ana dilimizin qorunması, inkişafı, zənginləşməsi məsələləri xüsusi önəm daşıyır. Bu gün fəxr və qürur hissi ilə deyə bilərik ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dil siyasəti bu gün onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük əzmlə, inamla davam etdirilir və daima diqqət mərkəzində saxlanılır. Dövlət idarəçiliyinin bütün sahələrində olduğu kimi dil siyasətində də ölkə başçısı Ümummilli Liderin ideyalarını layiqincə və çox böyük sevgi ilə yerinə yetirir. Prezident İlham Əliyevin dövlət dilimizin statusunun təmin edilməsi, saflığının qorunması, tətbiqi işinin genişləndirilməsi istiqamətində keçirdiyi uğurlu tədbirlər, imzaladığı fərman və sərəncamlar bunun bariz nümunəsidir. Bu baxımdan Prezident İlham Əliyevin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair" Dövlət Proqramının, eləcə də 2018-ci il noyabrın 1-də imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı dövlət dilinin daim diqqət mərkəzində saxlanılması və dilimizə göstərilən yüksək səviyyəli qayğı barədə danıışmağa əsas verir.