“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kiçik və orta sahibkarlığın inkişaf perspektivləri” mövzusunda RESPUBLİKA ELMİ-PRAKTİK KONFRANSI, vol.590, pp.38-41, 2025 (Conference Book)
Ərazi bütövlüyünün bərpasından sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycanın sosialiqtisadi həyatında yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu bölgələrdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma və reinteqrasiya tədbirləri nəticəsində nəinki müasir infrastruktur formalaşır, eyni zamanda uzunmüddətli dayanıqlı iqtisadi əsaslar qurulur. Bu proseslər çərçivəsində nəqliyyat və logistika sahələri xüsusi prioritet istiqamətlərdən biri kimi müəyyən edilmiş və artıq bir sıra irimiqyaslı layihələrin icrasına başlanılmışdır. Qarabağ və Şərqi Zəngəzurda tikilən yeni avtomobil yolları, dəmir yolları, tunellər və körpülər regionda insanların və yüklərin azad və təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, ərazinin ümumi investisiya cəlbediciliyini də artırır. Bu cür infrastruktur layihələri təkcə Azərbaycanın daxili iqtisadi rayonları arasında əlaqələri möhkəmləndirmir, həm də ölkənin beynəlxalq tranzit potensialını genişləndirir. Xüsusilə Şərqi Zəngəzurdan keçməsi nəzərdə tutulan Zəngəzur dəhlizi Azərbaycanın regionda nəqliyyat qovşağına çevrilməsi baxımından mühüm rola malikdir. Bu dəhliz vasitəsilə Naxçıvanla birbaşa əlaqənin qurulması, eyni zamanda Türkiyə və digər qonşu ölkələrlə quru əlaqələrinin bərpası regionda yeni əməkdaşlıq imkanları yaradır. Zəngəzur dəhlizi yalnız logistik üstünlüklər təmin etmir, həm də Cənubi Qafqazın geosiyasi arxitekturasında yeni balanslar formalaşdırır. Bu dəhlizlə yaradılan bağlantılar ticarətin, investisiyaların və turizmin canlanmasına səbəb olmaqla yanaşı, Azərbaycanın beynəlxalq nəqliyyat zəncirlərinə daha dərin inteqrasiyasını təmin edir. Bütün bu layihələr Qarabağ və Şərqi Zəngəzurun inkişafını sürətləndirməklə yanaşı, Azərbaycanın ümumi iqtisadi gücünə əlavə dəyər qatır, ölkənin nəqliyyat təhlükəsizliyini artırır və regionda sülhə, sabitliyə və əməkdaşlığa real töhfələr verir. Bu baxımdan, nəqliyyat-logistika sahəsində görülən işlər təkcə lokal deyil, həm də regional və qlobal miqyasda strateji əhəmiyyət daşıyır.
Açar sözlər: Qarabağ, Şərgi Zəngəzur, nəqliyyat infrastrukturu, Zəngəzur dəhlizi