DİZAYNIN MÜASİR PROBLEMLƏRİ, vol.402, no.ISBN 978-9952-39-320-0, pp.307-310, 2025 (Peer-Reviewed Journal)
Dizayn fəaliyyətinin sahibkarlıq sahəsindəki rolunu əhəmiyyətini və onların qarşılıqlı əlaqələrini araşdırılmasına yönəlmişdir. Müasir iş dünyasında dizayn fəaliyyətinin xüsusuilə sahibkarlıq mühitində tətbiq olunma forması və bu iki fərqli sahələrin qarşılıqlı təsiri təhlil edilir. Dizayn, müasir iş dünyasında yalnız hər hansı bir estetik funksiyanı yerinə yetirmir, eyni zamanda məhsul və xidmətlərin prosesinin bazarda daha uğurlu formada olmasına müsbət təsir edən strateji bir vasitə kimi izah olunur. Bazar tələblərinə uyğunlaşmaq, kreativ idealar və istehlakçı məmnuniyyəti qorunub saxlanması baxımından sahibkarlar üçün əhəmiyyətli bir rol oynayır. Dizaynın yaradıcı funksional və vizual aspektləri biznesin inkişafı üçün əsas təsir edici amillərdən biri olaraq təzahür etdiyini qeyd etmək olar. Dizaynın birbaşa sahibkarlıq fəaliyyətinə inteqrasiya olunması, innovasiya və rəqabətin fərqləndirici üstünlüyünü yaratmaq məqsədilə nece istifadə edildiyini qeyd etmək olar. Sahibkarlıq fəaliyyəti üçün dizaynın sahəsi mühim strateji bir alət vasitədir. İnnovasiya və bazar liderliyi yaratmaq, biznes dünyasında yaradıcı düşüncənin təbliği və tətbiqi baxımından dizayn öz vacibliyini ortaya qoymuşdur.