GƏNCƏ MEMARLIQ İRSİNİN QORUNMASI VƏ BƏRPASI: TARİXİ ABİDƏLƏRDƏ SƏNƏTKARLIQ ƏNƏNƏLƏRININ YAŞADILMASI


Creative Commons License

Şahvələdov S.

Üzeyir Hacıbəyli - 140 “GƏNCƏ ĠNCƏSƏNƏTİ” MÖVZUSUNDA RESPUBLİKA ELMİ KONFRANSIN MATERİALLARI, vol.235, pp.158-161, 2025 (Conference Book)

Qısa məlumat

GƏNCƏ MEMARLIQ İRSİNİN QORUNMASI VƏ BƏRPASI: TARİXİ ABİDƏLƏRDƏ SƏNƏTKARLIQ ƏNƏNƏLƏRININ YAŞADILMASI

Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncənin memarlıq irsinin qorunması və bərpası məsələləri araşdırılır. Gəncə şəhəri zəngin tarixi-memarlıq abidələri, xüsusilə də İmamzadə türbəsi, Şah Abbas məscidi, Cavad Xan türbəsi kimi nümunələrlə ölkənin mədəni irs xəzinəsində mühüm yer tutur. Məqalədə bu abidələrin bərpa prosesində sənətkarlıq ənənələrinin – daş oyma, kərpic naxışları, taxta üzərində həkk sənətinin – necə yaşadıldığı və tətbiq edildiyi təhlil olunur. Göstərilir ki, memarlıq və sənətkarlıq arasında qarşılıqlı əlaqə milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynayır. Ənənəvi sənətkarlıq üsullarının müasir bərpa texnologiyaları ilə vəhdəti, həm mədəni irsin yaşadılması, həm də gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Məqalə bu baxımdan Gəncə memarlığının həm estetik, həm də funksional dəyərlərini qorumağa yönəlmiş tədqiqat əsası təqdim edir.