Analysis of the financial stability of the enterprise


Creative Commons License

Əlicanova Ş.

«ELMİ ƏSƏRLƏR», no.5, pp.99-106, 2016 (Peer-Reviewed Journal)

Qısa məlumat

Müəssisələrin dayanıqlı fəaliyyət göstərməsini təmin edən əsas komponentlərdən birini maliyyə dayanıqlığı təşkil edir. “Maliyyə dayanıqlığı” anlayışı

“ödənc qabiliyyəti” anlayışı ilə əlaqədar olsada ondan geniş anlayışdır. Maliyyə dayanıqlığı müəssisənin daxili tərəfini, onun pul və əmtəə axınının, gəlirlərinin və xərclərinin balanslaşdırılmasını əks etdirir. Ödənc qabiliyyəti müəssisənin maliyyə vəziyyətinin xarici tərəfini əks etdirir və öz öhdəçiliklərini vaxtında yerinə yetirmək üçün kifayət qədər maliyyə resurslarına malik olmasını ifadə edir.