Rəqabət strategiyasının seçilməsində qiymət mexanizmindən istifadənin nəzəri-metodoloji əsaslarının tədqiqi


Səfərova F.

vol.6, no.3, pp.49-55, 2004 (Conference Book)

  • Nəşrin Növü: Article / Article
  • Cild: 6 Say: 3
  • Nəşr tarixi: 2004
  • Səhifə sayı: pp.49-55
  • Açıq Arxiv Kolleksiyası: Məqalə
  • Adres: Bəli

Qısa məlumat

Məqalədə əvvəlcə rəqabət qabiliyyətliliyinin elmi-nəzəri aspektləri ' araşdırılmış, Azərbaycanda rəqabət qabiliyyətliliyinin mövcud səviyyəsi verilmiş, rəqabət strategiyası və onun formalaşması amilləri müəyyən edilmişdir. Daha sonra müəllif tərəfindən müəssisənin rəqabət Strategiyasınının formalaşmasında qiymət amilinin rolu əsaslandırılmış və səmərəli rəqabət strategiyasının seçilməsində qiymət mexanizmindən istifadənin əsas şərtləri tədqiq olunmuşdur. Açar sözlər: rəqabət qabiliyyətlilik, rəqabət strategiyası, qiymət mexanizmi, qiymət rəqabəti, qiymətlərin aşağı salınması siyasəti. c iriş Müasir dövrdə Azərbaycanda real sektorda rəqabətin inkişafı üçün başlıca maneə gəlirlərin böytik bir hissəsinin vasitəçilərdə qalması, sənaye və kənd təsərrüfatı məhsulları istehsalçılarının İsə öz məhsullarını aşağı qiymətlərlə reallaşdıraraq məcburiyyətdə qaldığına görə onlar əməli olaraq bazar rəqabətində bərabər şərtlərlə iştirak edə bilmirlər. Məlum olduğu kimi, iqtisadiyyatın bütün sahələrində mənfəət məhsulların dəyərinin yaradılmasının ayrı-ayrı hissələrində cəmləşir, bu 'səbəbdən istənilən müəssisə mənfəətin daha yüksək olduğu sferalarda yer tutmağa can atır. Məhz bu səbəbdən Azərbaycanda məhsul istehsalı deyil, vasitəçilik fəaliyyəti prioritet sayılır. RespublİKamızda bazar münasibətlərinin inıcişaf səviyyəsindən asılı olmayaraq, bazarda inhisarçılıqla mübarizə və rəqabət şəraitinin qorunması dövlətin iqtisadi tənzimləmə fuıiKsiyasınm əsas istiqamətlərindən biridir. Yerli sənaye bazarını tənzimləyən qanunların işləmə mexanizminin səviyyəsindən, işgüzarlıq ənənələrinin, biznes etikasının vəziyyətindən asılı olmayaraq haqsız rəqbətlə mübarizə görünür yaxm gələcəkdə aırtual bir problem kimi gündəmdə qalacaqdır. Məhz bu baxımdan yanaşdıqda, iqtisadiyyatın sənaye bölməsində rəqabət strategiyasının