UNEC, Baku, 2025
Dərslikdə mühazirə materialları, habelə maliyyə
uçotunun mahiyyəti, təyinatı, tənzimlənməsinin qanunvericilik bazası və konseptual əsasları;
maliyyə uçotu və hesabatının elementləri, onların tanınması və qiymətləndirilmə
bazası; maliyyə uçotu informasiyasının
formalaşdırılması prinsipləri və keyfiyyət
xarakteristikaları; hesablar və ikili yazılış sistemi, onların təyinatı və tətbiqi
qaydaları; biznes əməliyyatları və hadisələri üzrə məlumatların sənədləşdirilməsi, qeydiyyatı və ümumiləşdirilməsi sistemi; ehtiyatların uçotu; uzunmüddətli maddi
aktivlərin uçotu; qeyri maddi aktivlərin uçotu; amortizasiya; gəlirlərin və xərclərin tanınması və uçotu;
debitor və kreditorlarla hesablaşmaların uçotu; öhdəliklərin tanınması, qiymətləndirilməsi
və uçotu; kapitalın uçotu və
saxlanılması konsepsiyaları; maliyyə hesabatı, onun hazırlanması və təqdim
edilməsi qaydalarının nəzəri əsasları və beynəlxalq təcrübələri təqdim olunur.
Eyni zamanda qeyd olunan mövzular üzrə məntiqi təfəkkürün və tədqiqat
bacarıqlarının inkişafı üzrə bilikləri yoxlamaq üçün praktik tapşırıqlar
toplusu təqdim olunur.
Dərslik ali təhsil müəssisələrinin tələbələri,
doktorantlar, praktikantlar, sahibkarlar, eləcə də Azərbaycanda maliyyə uçotu
ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.