Sosial işdə idarəetmə
Çağdaş Yayınları, Baku, 2026
- Publication Type: Book / Textbook
- Publication Date: 2026
- Publisher: Çağdaş Yayınları
- City: Baku
- Open Archive Collection: Digital Heritage Collection
- Azerbaijan State University of Economics (UNEC) Affiliated: Yes
Abstract
“Sosial
işdə idarəetmə” dərsliyini hazırlamaqda əsas məqsədimiz sosial xidmət
müəssisələrinin fəaliyyəti və sosial işin effektiv idarə edilməsi məqsədilə
oxuculara zəruri məlumatları çatdırmaq, gələcəkdə sosial iş sahəsində
idarəetmə vəzifələrini müvəffəqiyyətlə yerinə yetirmələri üçün idarəetmə ilə
bağlı bilikləri aşılamaqla, zəruri bacarıqlar əldə etmələrinə kömək olmaqdan
ibarətdir. Qloballaşma şəraitində sosial iş getdikcə daha mürəkkəb
problemlərlə qarşılaşdığı üçün peşəkar idarəçilərə ehtiyac artır. Sosial iş
daim inkişaf edən cəmiyyətdə fərdlərin, ailələrin və icmaların həyat şəraitini
yaxşılaşdırmağa həsr olunmuş əsas intizam kimi çıxış edir. Sosial işdə
idarəetmə yalnız idarəçilikdən ibarət deyil. Sosial işdə idarəetmə
əməkdaşlığın təşviq edilməsini, resursların müdafiəsini, sosial ədalət və bərabərliyi
təşviq edən proqramların həyata keçirilməsini əhatə edir. Bu baxımdan
dərslikdə bizim təcrübəmizə xas olan etik mülahizələri və dəyərləri
vurğulayaraq mühüm aspektlərə toxunulur. Sosial işçilər kifayət qədər dərin
sosial məsələlərlə məşğul olduqları üçün effektiv idarəetmənin əhəmiyyətini
onlar olmadan qiymətləndirmək olmaz. Bu dərslik gələcəkdə sosial işçiləri
müxtəlif şəraitlərdə rəhbərlik etmək üçün lazım olan bacarıqlarla təchiz
etməklə, nəzəri və praktiki tətbiqlər arasındakı boşluğu aradan qaldırmaq
məqsədi daşıyır.
Dərslikdə
qeyri-hökumət təşkilatlarına, həssas qruplar üçün sosial işin təşkilinə,
effektiv idarəetmə sistemlərinə diqqət yetirilməsi onun hərtərəfli yanaşmasını
ön plana çəkir. Sosial işin idarə edilməsinin müxtəlif tərəflərinə toxunmaqla
dərslik tələbələri məzun olduqdan sonra üzərinə götürəcəkləri çoxşaxəli rollara
hazırlayır. Dərslik yalnız əsas bilikləri deyil, etik qərarları qəbul etməyə
təşviq edir. Tələbələri sosial işin fəaliyyət göstərdiyi sosial, siyasi və
iqtisadi kontekstləri nəzərə almağa və sosial ədaləti təşviq edən siyasət və
təcrübələri müdafiə etməyə çağırır.