vol.7, no.43, pp.195-201, 2016 (Peer-Reviewed Journal)
Kipr Türkiyə üçün geopolitik önəmi olan, tarixi çox qədim olan bir adadır. Yunanıstanın Kipri torpaqlarına qatmaq hərəkatı olan enozis ilə Kipr problemi başlamış və bu məsələ Türkiyə ilə Yunanıstan arasında ciddiyyətini qoruyaraq həll edilmədən bu günə qədər davam etmişdir. Problem Kipr yunan tərəfinin Avropa Birliyinə tam üzvlük müraciətindən sonra həlli daha çətin bir hala gəlmişdir. Problemin həll edilə bilməsi üçün Avropa Birliyinin məsələyə müdaxilə etməməsi və yunan tərəfinin adada müstəqil və bərabər iki icmanın varlığını qəbul etməsi vacibdir. Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti əvvəldən olduğu kimi bugün də eyni qərarlıqla bu istiqamətdə mübarizəsini davam etdirməkdədir.