AZƏRBAYCAN ARXEOLOGİYASI ENEOLİT DÖVRÜ ALTI CİLDDƏ II CİLD


Cəfərov H.

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI A R X E O LO G İY A VƏ E TN O Q R A FİY A İN S T İTU T U, Baku, 2020

  • Nəşrin Növü: Book / Textbook
  • Nəşr tarixi: 2020
  • Nəşriyyat: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI A R X E O LO G İY A VƏ E TN O Q R A FİY A İN S T İTU T U
  • Çap olunduğu şəhər: Baku
  • Adres: Bəli

Qısa məlumat

XX əsrin ikinci yansı və XXI əsrin ilk illəri Azərbaycanın ibtidai dövr tarixinin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edir. XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqatlar Azərbaycan tarixinin ən qədim dövrlərdən başlamasını, Azərbaycanın ilkin insan məskənlərindən birinin olmasını söyləməyə imkan yaratmışdır. Elmi araşdırmalar 2 milyon il bundan əvvəl başlamış həyatın fasiləsiz olaraq davam etməsini, tarixi mərhələlərin bir- birilə uzlaşmasını sübut edir.

Azərbaycanın ibtidai dövr tarixinin eneolit mərhələsinin aşkarlanması milli arxeologiya elminin əldə etdiyi ən böyük nailiyyətlərdəndir.

Eneolit ibtidai icma cəmiyyəti tarixində nisbət etibarilə qısa, lakin çox əhəmiyyətli bir mərhələ olmuşdur. Eneolit dövründə iqtisadi-ictimai tərəqqi sürətlənmiş, istehsal təsərrüfatı təkmilləşmiş və yeni keyfiyyətə malik olmuş, qəbilələrarası və başqa uzaq ərazilərlə əlaqələr genişlənmiş, əkinçi-maldar təsərrüfatı üçün yararlı yeni-yeni ərazilər əhali artımı ilə əlaqədar mənimsənmiş, ana nəsli quruluşu özünün çiçəklənmə mərhələsini keçirmiş, tədricən ata nəslinin gələcəkdə hakim mövqeyə çıxmasını şərtləndirən amillərin rüşeymləri yaranmışdır. Bu dövrdə həmçinin Qədim Şərqin bəzi ərazilərində ilkin sinifli cəmiyyətin təməlini təşkil edəcək əlamətlər təşəkkül tapmağa başlamışdır.