Firmanın imicinin foramalaşmasına ictimaiyyətlə əlaqələrin rolu


Allahverdiyeva M.

Cooperation, pp.56-64, 2024 (Peer-Reviewed Journal)

  • Nəşrin Növü: Article / Article
  • Nəşr tarixi: 2024
  • jurnalın adı: Cooperation
  • Səhifə sayı: pp.56-64
  • Açıq Arxiv Kolleksiyası: Məqalə
  • Adres: Yox

Qısa məlumat

Tədqiqat müasir dövrdə insanların internet vasitəsilə şirkətlərlə fasiləsiz ünsiyyətinin ictimaiyyətlə əlaqələrə təsirini araşdırmağa yönəlmişdir. Onlayn platformalarda istifadəçilərin reklamlara verdiyi reaksiyalar, məhsullar barədə rəyləri, şikayət və kömək müraciətləri şirkətlərin ictimaiyyətlə əlaqələr fəaliyyətinə daha böyük əhəmiyyət verməsini zəruri edir. Bu kontekstdə tədqiqat şirkətlər üçün ictimaiyyətlə əlaqələrin önəminin əvvəlki dövrlərlə müqayisədə daha da artdığını göstərməyi hədəfləyir.

Tədqiqatın metodologiyası keyfiyyət yanaşmasına əsaslanmış, mövzu üzərində nəzəri təhlil aparılmışdır. Toplanan məlumatlar xüsusi ədəbiyyat, mövzu üzrə peşəkar araşdırmalar aparan internet resursları, marketinq və sosiologiya sahəsində akademik məqalələr əsasında formalaşdırılmışdır. Eyni zamanda, tarixi və müasir dövrdə şirkətlərin həyata keçirdiyi siyasətin real nəticələri nəzərdən keçirilərək problemlərin praktiki kontekstdə təhlili aparılmışdır.

Tədqiqatın tətbiqi əhəmiyyəti ondan ibarətdir ki, şirkətlərin öz imiclərini qoruması üçün ictimaiyyətlə əlaqələr fəaliyyətində hansı aspektlərə diqqət yetirməli olduqları, imic formalaşdıran faktorların nələr olduğu və bu faktorların düzgün idarə edilməsinin necə həyata keçirilməsi aydın şəkildə müəyyənləşdirilir. Bu istiqamətdə əldə edilən nəticələr şirkət siyasətinin formalaşdırılmasında mühüm töhfə verə bilər.

Tədqiqatın nəticələri göstərir ki, ictimaiyyətlə əlaqələr vasitəsilə markanın tanınması və ona bağlılığın artırılması hər bir şirkətin performans və etibarlılıq standartlarının qorunmasına və yüksəldilməsinə yönəlmiş strategiyasının ayrılmaz hissəsidir.