Azərbaycan Memarlıq və İnşaat Universiteti. Tikintinin iqtisadiyyatı və menecment. Elmi-praktik jurnal., vol.29, no.4, pp.159-172, 2024 (Peer-Reviewed Journal)
Azərbaycan
Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra bazar
iqtisadiyyatı münasibətlərinin və özəl sektorun inkişafı prioritet qəbul
edilmişdir. Zaman keçdikcə biznes mühitinin yaxşılaşması və sahibkarlığın təşfiqi
milli iqtisadiyyatda qeyri-neft sektorunun payının artırılmasına və sosial
problemlərin həllinə böyük təkan vermişdir. Ölkədə yoxsulluğun azaldılması və
regionların sosial-iqtisadi inkişafına nail olmaq üçün mikro, kiçik və orta sahibkarlığın
dəstəklənməsi siyasəti həyata keçirilmişdir. Bütün bunlar məqalənin əsas məqsədi
olan regionların sosial-iqtisadi inkişafında sahibkarlığın rolunun tədqiqini
elmi və praktik baxımdan olduqca aktual edir. Tədqiqat işində ədəbiyyat icmalı,
məzmun təhlili, sintez, müqayisəli təhlil və məntiqi ümumiləşdirmə
metodlarından istifadə edilmişdir.
Tədiqatın nəticəsi olaraq qarışıq tədqiqat metodları əsasında
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı mərhələlər üzrə təsnifləşdirilmişdir.
Məzmun təhlili, müqayisə və məntiqi ümumiləşdirmə əsasında
Azərbaycanda sahibkarlığın inkişafı məqsədilə reallaşdırılan dövlət siyasəti 3
istiqamət üzrə qruplaşdırılmışdır.
Bölgələrdə fəaliyyət
göstərən mikro,
kiçik və orta sahibkarların sayının və ölkənin makro-iqtisadi göstəricilərdə
payının artması onların regionların
sosial-iqtisadi inkişafında rolunu artırır. Xüsusilə,
mikro, kiçik və orta ölçülü ailə biznesləri Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarının dayanıqlı sosial-iqtisadi inkişafında mühüm rol oynaya bilər.