İstehsalın planlaşdırılması


Abdullayeva S., Aslanov Z., Seydəliyev İ.

Lecture Note, pp.1-21, 2023

  • Nəşrin Növü: Other Publication / Lecture Note
  • Nəşr tarixi: 2023
  • Səhifə sayı: pp.1-21
  • Açıq Arxiv Kolleksiyası: Məqalə
  • Adres: Bəli

Qısa məlumat

“İstehsalın planlaşdırılması” fənni 050638 - Sənaye mühəndisliyi ixtisası üzrə bakalavr təhsil pilləsində təhsil alan tələbələr tərəfindən öyrənilir. Tədris planına görə fənnin ümumi həcmi 45 saatdır, o cümlədən mühazirə dərsləri 30 saat, məşğələ dərsləri 15 saat təşkil edir. Proqramın məzmunu 45 saatlıq fənnin həcminə uyğundur.  Proqramda verilən mövzuların ardıcıllığı məcburi deyildir. Kafedrada işçi proqram tərtib edilən zaman o, qismən dəyişdirilə bilər, həmçinin proqrama daxil olan mövzular dərinləşdirilə və ya ixtisar edilə bilər.

Bu fənn, ixtisas fənləri siyahısına daxil olmaqla bakalavr pilləsində təhsil alan tələbələrə istehsalın planlaşdırılması sahəsində zəruri baza biliklərini təqdim edir. Habelə onlara istehsalın planlaşdırılması problemlərini anlamaq üçün lazım olan analitik bacarıq və vərdişlər aşılayır. Fənn aşağıdakıları əhatə edir: istehsal anlayışı, istehsal sistemləri, istehsalı planlaşdırılmanın ierarxik strukturu, tələbatın proqnozlaşdırılması, ehtiyatlara nəzarət sistemləri, istehsalın ümumi planlaşdırılması, istehsalın plan-qrafikləri, materiallara tələbatın planlaşdırılması, istehsal güclərinin planlaşdırılması, yığma xətlərinin nizamlanması, istehsal prosesində iş ardıcıllıqlarının müəyyənləşdirilməsi.

Fənnin öyrənilməsində məqsəd:  tələbələrə mühəndislik, idarəetmə, riyazi və statistik bilikləri əsasında istehsalın planlaşdırılması metodlarını, onları tətbiq qaydalarını öyrətmək, istehsalla əlaqəli mürəkkəb mühəndis məsələlərini müəyyənləşdirmək, formalaşdırmaq, həll etmək üçün biliklər təqdim etmək, tələbələrdə müvafiq analiz və modelləşdirmə metodlarını seçmək, tətbiq etmək bacarıqları aşılamaqdır.