İqtisad Universiteti nəşriyyatı, Baku, 2018
Dərslik eyniadlı tədris proqramı əsasında yazılmış və yalnız ərzaq mallarının istehsal texnologiyasını əhatə edir. Burada ərzaq məhsullarının istehsal texnologiyasının əsas prosesləri, o cümlədən fiziki, kimyəvi, biokimyəvi, kolloid və mikrobioloji proseslər; yarma, un, çörək-kökə və makaron məmulatlarının istehsal texnologiyası; meyvə-tərəvəzin emalı məhsullarının istehsal texnologiyası; nişasta, şəkər və qənnadı məmulatlarının istehsal texnologiyası; çayın, qəhvənin, duzun, spirtsiz, azspirtli və spirtli içkilərin istehsal texnologiyası; bitki və heyvanat yağlarının, marqarinin və mayonezin istehsal texnologiyası; südün, turşudulmuş süd məhsullarının, pendirlərin, kərəyağının, süd konservlərinin, quru südün və dondurmanın istehsal texnologiyası; ət məhsullarının, o cümlədən kolbasa məmulatlarının, hisə verilmiş ətin, ət konservlərinin, ev və ov quşlarının və yumurta məhsullarının istehsal texnologiyası; balıq məhsullarının, o cümlədən soyudulmuş, dondurulmuş, duzlanmış, hisə verilmiş və qaxaclanmış balıqların, baliq konservləri və preservlərinin, balıq kürüsünün istehsal texnologiyası haqqında ətraflı məlumat verilmişdir. “İstehlak malları istehsalının ümumi texnologiyası” adlı dərslik Azərbaycan Dövlət İqtisad Universitetinin 050644 - “İstehlak mallarının ekspertizası və marketinqi” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.