Classification and sustainability of entrepreneurial enterprises in the Republic of Azerbaijan


Creative Commons License

Əlicanova Ş.

AMEA-nın Xəbərləri. İqtisadiyyat seriyası 2017 (iyul-avqust) Region və sahə iqtisadiyyatı , no.4, pp.92-98, 2017 (Peer-Reviewed Journal)

Qısa məlumat

Azərbaycan Respublikasında dayanıqlı və davamlı inkişafın təmin edilməsi istiqamətində çoxşaxəli və irimiqyaslı tədbirlər həyata keçirilir. Belə tədbirlər əsasən qlobal çağrışlara cavab verə biləcək investisiyaların cəlb edilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına, azad rəqabət mühitinin yaradılmasına, beynəlxalq bazarlara uğurlu çıxışın təmin edilməsinə, insan kapitalının daha da gücləndirilməsinə, sahibkarlıq müəssisələrinin inkişafına geniş imkanlar yaradılmasına, da yönəlməsi ilə fərqlənir. Mövcud sahədə problemləri sistemli şəkildə həll etmək, iqtisadiyyatın səmərəli nəticələr verməsini təmin etmək məqsədilə “Azərbaycan  Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” təsdiq olunmuşdur. Sənədə müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanmışdır.