Atalar sözləri və məsəllərin frazeologiyanın zənginləşməsində rolu


Creative Commons License

Səfərli G.

Filologiya məsələləri, no.13, pp.157-162, 2023 (Peer-Reviewed Journal)

Qısa məlumat

Müəyyən qaydalar əsasında qurulan, qanunauyğunluğa cavab verən nitq dəqiq və ifadəliliyi ilə seçilir. İfadəli nitqə sabit birləşmələri də daxildir. Dildəki sabit söz birləşmələrinin, bölünməz ifadə və ibarələrin məcmusu  frazeologizm  adlanır. Frazeologizmlər frazeologiya sahəsində öyrənilir. Frazeologiya iki müstəvidə araşdırılır: diaxronik və sinxronik. Buna baxmayaraq, hələ ki müstəqil sahə kimi fəaliyyət göstərə bilmir.   Frazeologizmlərin araşdırılması həm dilçilik, həm də bədii dil baxımından əhəmiyyətlidir. Frazeoloji sabit ifadələr və ibarələr obrazlı şəkildə işlənən frazeologizmlərdir. Frazeoloji sabit ifadə və ibarələri bir sıra əlamətlərinə görə fərqlənir.  Məqalədə atalar sözləri və məsəllər frazeoloji sabit ifadələr kimi tədqiq edilir. Atalar sözü və məsəllərin frazeoloji vahid kimi götürülməsi mübahisəli məsələlərdəndir. Bu səbəbdən də zərb məsəllər, atalar sözləri, rəvayətli ifadələr, qarğışlar, alqışlar, aforizmlər və bu kimi ifadələrin yeri müəyyənləşməmiş, dilçilikdə mübahisələrə də səbəb olmuş, bu səbəbədən də mövzunu aktuallaşdırmışdır.
Açar sözlər: frazeologiya, sabit ifadə, dilçilik,  atalar sözü, məsəl, frazeoloji ifadə