UNEC İqtisad Universiteti nəşriyyatı, Baku, 2023
İnvestisiya
layihələrinin həyata keçirilməsinin yalnız iqtisadi maraqlara deyil, insan
kapitalının, sosial sferanın inkişafı məqsədlərinə də yönəldilməsi onların qiymətləndirilməsi məsələlərini
daha da aktuallaşdırır.Əlbəttə, nəzəri baxışlara istinadən demək olar ki, iqtisadi
baxımdan səmərəli olsa da cəmiyyət, ekoloji tarazlıq baxımından mənfi effektlərə
səbəb olacağı aşkar edilən layihədən imtina olunmalıdır.Bu vəziyyətin yaranması
elmi-metodiki baxımdan sübut olunmalıdır.Ona görə də layihənin texniki-iqtisadi
əsaslandırılması, maliyyə-investisiya büdcəsinin tərtibi, onun həyata keçirilməsində
regional və sahəvi xüsusiyyətlərin, iştirakçıların maraq və mənafelərinin nəzərə
alınması ilə hesablamaların düzgün aparılması təmin olunmalıdır.