Other, pp.1-15, 2024
“Ekologiya mühəndisliyində bioloji proseslər” fənni seçmə fənnlər siyahısına daxil olmaqla, bakalavr pilləsində təhsil alan tələbələrə tədris olunur. Fənnin tədrisində bioloji proseslərə ümumi baxış, mikrobioloji metabolizm, bakteriyal böyümə və kinetikası, bioloji proseslərin kinetiklərinin modelləşdirilməsi, bioloji proseslərdə əhəmiyyətli mikroorqanizmlər, bioloji üsulla azotun və fosforun kənarlaşdırılması, aerobik asılı halda inkişaf edən proseslər, aktiv lil prosesi və modifikasiyaları, aerob biofilm və damcı filtr prosesləri, anaerob proseslər və anaerob sistem modifikasiyaları, tullantı suların təmizlənmə sistemləri, eləcə də bioloji təmizləmə sistemlərinə nəzarətin həyata keçirilməsi mövzuları öz əksini tapır. Bu fənnin öyrənilməsi aşağı kurslarda əvvəlki təhsil gedişində tələbələrin əldə etdiyi ümumi kimya, fizikanın əsasları, analitik kimya və instrumental analiz, ətraf mühitin kimyası və toksikologiyanın əsasları, hidrologiya, yeraltı suların axını və çirklənməsi, bioekologiya mühəndisliyi, ümumi ekologiyaya dair biliklərə istinad edir, ekologiya mühəndisliyi, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi, ekoloji biotexnologiya, tədqiqat və layihə bacarıqları, ekologiya mühəndisliyində komputer tətbiqləri, ətraf mühit mühəndisliyinin ekologiyası və digər bu kimi tətbiqi mühəndislik fənlərinin mahiyyətinin dərindən öyrənilməsi üçün zəruri əsasdır.