Kooperasiya elmi-praktiki jurnal, vol.300, no.46, pp.43-50, 2017 (Peer-Reviewed Journal)
Aqrar sənaye məhsulları sırasında ölkəyə valyuta gətirə biləcək məhsullar kifayət qədərdir və həmin məhsulların istehsal edildiyi sahələrin daha da inkişafı müvafiq məhsul bazarlarının tapılmasından və həmin bazarlarda Azərbaycan müəssisə və təsərrüfatlarının əlverişli mövqelərinin təmin edilməsindən asılıdır. Bu məqsədə nail olunması aqrar-sənaye məhsullarının ixracı üzrə zəruri təhlillərin aparılmasını və həmin məhsulların istehsal edildiyi sahələrin potensial imkanlarının qiymətləndirilməsini tələb edir.