Qarabağ general-qubernatorluğunun yaranması və onun ilkin tədbirləri


Creative Commons License

Fərzəliyev Y.

Azərbaycan Xalq Cümhuriyyəti-100: Müsəlman Şərqində ilk Parlamentli Rerspublika , Bakı Dövlət Universiteti. , vol.1, pp.44, 2018 (Conference Book)

Qısa məlumat

Azərbaycanın müstəqil inkişaf yolu çox çətin və mürəkkəb şəraitdə keçmişdir.

Müstəqilliyimizin ilk illərində bu özünü daha qabarıq şəkildə göstərmişdir. Azərbaycanın dövlətçilik fəaliyyəti üçün ermənilərin ölkəmizə qarşı ərazi iddiaları və hərbi təcavüzü ən təhlükəli faktor idi. 1918-ci ilin yayından başlayaraq türk xalqının qəddar düşməni Andranik Naxçıvan və Zəngəzur bölgəsində Azərbaycan sərhədlərini pozub dinc əhaliyə qarşı kütləvi qırğınlara başladı. 1918-ci ilin payızında Azərbaycan torpaqlarının müsəlman əhalisindən təmizlənməsi əməliyyatına Ermənistan hökuməti bilavasitə rəhbərlik etməyə başladı. Daşnaklar 1918-ci ilin axırlarında Zəngəzurda 115, Cavanşir, Cəbrayıl, Şuşa qəzalarmda 21, İrəvan qubemiyasmda 60­ dan çox Azərbaycan kəndini məhv etdilər. 100 - mindən artıq türk əhalisi öz yurdundan qovuldu.