Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri, vol.3, no.3, pp.28-38, 2015 (Peer-Reviewed Journal)
Tədqiqatin əsas məqsədi transmilli şirkətlərin rəqabətliliyinin əksər hallarda transmilli biznesin bütövlükdə rəqabət dərəcəsi ilə müəyyən olundugunu əsaslandırmaqdır. Bu mövqedən çıxış edərək, bizim fikrimizcə, transmilli şirkətlərin rəqabətliliyini həm xarici ticarət rəqabəti sistemində, həm də transmilli şirkətlərin özlərinin rəqabət sistemində tədqiqatını aparmaq lazımdır. Tədqiqat isi xarici və yerli alimlərin bu istiqamətdə tədqiqatlarinin, məqalələrinin sistemli təhlilinə və məntiqi umumiləsmə kimi tədqiqat usuluna əsaslanir. Təqdiqat isində transmilli şirkətlərin rəqabət qabiliyyətliyinin ölkənin və sahənin rəqabət qabiliyyətliyi ilə əlaqəsi, BİF və BİİF-in reytinq metodologiyasının əsas üstünlükləri və catışmazlıqları, rəqiblər üçün baryerlərin formalaşdırılması prosesi muəyyən edilmisdir. Tədqiqat nəticəsində askar edilmisdir ki, transmilli şirkətlərin rəqabət qabiliyyətliliyinə iki mövqedən baxmaq lazımdır: -bir-birindən izolə edilmiş, ayrı-ayrı mili bazarlarda rəqabət; - müxtəlif daxili bazarlarda qiymət və rəqabət şərtləri bir-biri ilə sıx əlaqədar olan qlobal rəqabət. Bir sözlə, transmilli şirkətlər qlobal rəqabətdə başqa ölkələrdə yaratdıqları mövqelərini möhkəmləndirirlər.Tədqiqatin məhduduiyyətləri hazırkı tədqiqat ücün daha səhih, səlahiyyətli məlumatların tələb olunmasındadır. Tədqiqatin elmi yeniliyi transmilli şirkətlərin rəqabət qabiliyyətliliyi, transmilli biznesdə üc istiqamətdə - həm ölkələr, həm sahələr, həm də transmilli şirkətlər аrasında rəqabət qabiliyyətliliyinin əsaslandırılmasındadır.