İqtisadçı kadrların hazırlanmasında işgüzar kommunikasiyanın rolu və mövcud problemlər


Creative Commons License

Qəhrəmanova Ç.

Elmi əsərlər, vol.93, no.3, pp.30-36, 2026 (Peer-Reviewed Journal)

Abstract

İnformasiya məkanının hökm sürdüyü müasir dövrdə informasiya mübadiləsi mütəxəssisin əsas göstəricilərindən biridir. İşgüzar nitq işgüzar imicin əsas komponentlərindən biridir. Bu gün iqtisadçı tələbələr işgüzar şifahi ünsiyyət və işgüzar yazışma bacarıqlarına malik olmalıdırlar. İqtisadçı üçün düzgün danışmaq bacarığı zəruridir, çünki bu peşə müştərilərlə işləməyə və dövlət qulluqçuları ilə danışıqlar aparmağa əsaslanır. Bu fəaliyyət sahəsi böyük həcmli iqtisadi və hüquqi sənədləri təhlil etmək və əsas məzmunu xidmət sifarişçisinə aydın şəkildə çatdırmaq bacarığını tələb edir. Buna görə də iqtisadçı tələbə təhsil prosesi zamanı müəyyən kommunikativ bacarıqlar formalaşdırmalı, işgüzar yazışmanın tərtibatına və məzmununa dair tələbləri bilməlidir. Açar sözlər: iqtisadiyyat, işgüzar kommunikasiya, nitq mədəniyyəti, peşəkar ünsiyyət, ünsiyyət etikası.