Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş HEYDƏR ƏLİYEV: MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEOLOGİYASI IV Beynəlxalq elmi konfrans, vol.1, pp.82-84, 2021 (Conference Book)
Hər bir xalqın sahib olduğu dəyərlər tarixin bütün qatlarında birləşdirici güc mövqeyində olduğu kimi ədəbiyyatda da zəncir rolunu oynayır. Azərbaycan xalqının dəyərlərindən olan multikulturalizm və tolerantlıq da hər dövrün ədəbiyyatında öz əksini tapmışdır. Çox təbii haldır ki, klassik ədəbiyyatdan qaynaqlanan, bəhrələnən müasir yazıçılar, şairlər öz əsərlərində köklərdən gələn multikulturalizm və tolerantlıq mövzularına toxunmuşlar.