Filologiya məsələləri, no.3, pp.258-262, 2020 (Peer-Reviewed Journal)
Müxtəlif xalqların atalar sözlərinin semantik və struktur ,oxşar və fərqli cəhətlərini aşkara çıxarmaq bir çox paremioloji tədqiqatların sahəsidir."Paremiya","paremiologiya","
atalar sözləri və zərb-məsəllər" ,"atalar sözləri,zərb-məsəllər və tapmacalar sistemi" və yaxud "atalar sözləri,zərb-məsəllər,tapmaca,anekdot" və müxtəlif məsəllər
daxil olan "forklorun kiçik janrları" mənasında istifadə olunur.
Məqalədə atalar sözləri və zərb-məsəllərdən söhbət gedəcək,çünki kiçik folklor anrlarının ümumi sistemindən məhz bu vahidlərdə oxşar cəhətlər çoxdur.Ona görə də işdə "paremiya","paremioloji vahid" terminləri "atalar sözləri və zərb-məsəllər" terminləri tamamilə sinonim kimi istifadə olunacaq.
Nəşr olunan lüğətlərin Azərbaycan,ingilis və rus variantları ilə kifayət qədər materialdan istifadə etməyə imkan yaradır.Bununla belə,bu lüğətlərdə ekvivalent
cütlük təşkil etməyə,amma sinonimlik cütlüklər təşkil edən paremioloji vahidlər də mövcuddur.Məsələn:Şeytana papış tikir-Он сатане в дядьке годится
Müxtəlif dillərdə semantik ,struktur və ya semantik-struktur uyğunluq və ya tamamilə uyğunsuzluq təşkil edən paremioloji vahidlər müqayisə olunan dillərin
konkret materillarında üz təhlilini və həllini tələb eden problemdir. Prof.Ə.Hüseynzadə qeyd etmişdir ki”Müxtəlif dərəcəli ekvivalentlik təşkil eden
paremioloji cütlüklərin sistemləşdirilməsi ,onların linqvistlik xarakteristikası və uyğunluq -uyğunsusluq səbəblərinin göstərilməsi ümumiyyətlə ,parmioloji
tətqiqatların kifayət qədər aktual problemidir .Həmin məsələ ingilis dilinin tədqiqatlarında da aktualdır.