İnsanın yaşamaq və sosial hüquqlarının təmin edilməsində beynəlxalq hüquq normalarının rolu


Creative Commons License

Səbzəliyeva S.

“Elmi əsərlər” Beynəlxalq elmi- nəzəri jurnal., no.1, pp.355-360, 2011 (Peer-Reviewed Journal)

Abstract

The article is dedicated to the role of international legal norms in providing human right for life and the social rights. In connection with the social reforms carried out and constantly perfected at present (pension, social-insurance, medical service, education, maintenance of employment) a role of international legal norms connected with providing social rights grows. In opinion of the author the international standards of the social rights connected with providing social rights should act as a base for creation of national systems.

Azərbaycanın əməklə bağlı beynəlxalq standartların tanıması və həyata keçirməsi sahəsində aktiv fəaliyyəti, xüsusən həyata keçirilən və daima təkmilləşdirilən sosial islahatlar (pensiya, sosial sığorta, tibbi xidmət və s.) baxımından sosial təminatla bağlı beynəlxalq sənədlərin rolu artır. Bu məsələdə Azərbaycan Respublikasının 25 yanvar 2001-ci il tarixdə Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi və həmin il «İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasını ratifikasiya etməsi mühüm rol oynayır. Ölkəmiz həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasını tanıyır. Bu Məhkəmənin bir sıra qərarları birbaşa və ya dolayı şəkildə sosial təminatla bağlıdır. Hesab edirik ki, beynəlxalq öhdəliklərin vicdanla icra olunması prinsipinə uyğun olaraq beynəlxalq hüququn müddəalarının dövlətdaxili səviyyədə reallaşdırılması ilə əlaqədar gələcəkdə məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsinin labüdlüyü baxımından məhkəmələrə müxtəlif kateqoriya işlərə baxılması zamanı beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tətbiqi məsələləri üzrə şərhlərə əsaslanmaq səlahiyyətlərinin verilməsi məqsədəmüvafiq olardı