“Humanitar elmlərin öyrənilməsinin aktual problemləri", vol.25,5, no.№ 1, pp.33-38, 2024 (Peer-Reviewed Journal)
Sintaksis
dilçiliyin ən qədim sahələrindən sayılır. Bu qədim elm sahəsi sintaktik
vahidlər sistemidir. Bu sintaktik vahidlər özləri dilin sistemini yaradır.
Sintaksis olmasa, cümlə və mətn olmaz və dil özünün ən vacib funksiyası olan
ünsiyyət vasitəsi olmaq funksiyasını həyata keçirə bilməz. Hər hansı bir
ünsiyyəti həyata keçirməsi üçün dilin strukturunu
təşkil edən sintaksisin bütün həlqələri yerində olmalıdır. Dilin sintaksis sitemini isə söz
birləşmələri, cümlə və mətn təşkil edir. Dildəki sintaktik vahidlər bir-biri
ilə məna və qrammatik əlaqələrlə bağlanıb
sintaktik vahidlərin struktur qanunauyğunluğunu, onun tənzimləyicisini
təşkil edir. Hər bir dünya dilində olduğu kimi, müasir oğuz qrupu türk
dillərinin də sintaktik quruluşu sintaktik vahidlərin nizamlanmış sistemindən
ibarətdir. Bu nizamlanmış sistemdə söz birləşməsi, cümlə üzvləri, cümlə və mətnlə
bərabər determinantların da öz yeri və mövqeyi vardır.
Məqalədə
oğuz qrupu türk dillərinin sintaksisində önəmli mövqeyə malik olan
determinantlardan və onların cümlə üzvlərinə münasibətindən bəhs edilir.