Other, pp.37-39, 2022
Turizmin
iqtisadiyyatda rolu onun sosial-mədəni inkişafda, iqtisadi artımda, tarazlı
iqtisadi siyasətdə və beynəlxalq iqtisadi əlaqələrdə xüsusi çəkisi ilə
müəyyənləşir. İqtisadi inkişafın müasir mərhələsində həm ənənəvi sahələr üzrə,
həm də yüksək texnologiyalar, informasiya və bilik iqtisadiyyatı sahələrində
müqayisəli üstünlüklərin təyin edilməsi ilə qlobal iqtisadi sistemdə Qarabağ
destinasiyasının iştirakı və ixtisaslaşması əsas prioritetlərdən hesab olunur.
Həmçinin, qlobal problemlərin həll edilməsi prosesində və beynəlxalq inkişafın
humanitar, innovativ və texnoloji potensialının formalaşmasında işğaldan azad
olunmuş ərazilərin yaxından iştirak etməsi təmin edilməlidir. Qarabağda mədəni
turizmin əsas cəhətlərindən biri onun mövsümi deyil, ilin bütün fəsillərində
həyata keçirilməsini təmin etməkdir. Qarabağda mədəni turizmin inkişaf
səviyyəsi sivil və mədəni tərəqqinin göstəricisidir. Vandal Ermənistan dövləti
tərəfindən tarixdən silinməsi nəzərdə tutulmuş tarixi abidələrimizin bərpası
mədəni turizmin inkişafını sürətləndirən vasitələrdən biri kimi
əsaslandırılmalıdır. Bütövlükdə Qarabağın qədimliyini, bəşər sivilizasiyasının
formalaşmasındakı rolunu sübuta yetirmək və Qarabağ mədəniyyətinin mədəni irs
nümunələrinin dünyaya tanıdılması vətəndaş kimi hər birimizin üzərinə mühüm
vəzifələr qoyur. Azərbaycanın hərbi-diplomatik uğuru və beynəlxalq birliyin
respublikamıza etimadının təzahürü kimi mədəni layihələrə birbaşa dəstək
nümayiş etdirməsi dövlət başçısının qlobal miqyasda nüfuzunun göstəricisi kimi
qiymətləndirilir. Qarabağda mədəni turizmin inkişaf amili kimi Qarabağın
beynəlxalq imicinin formalaşdırılması, Qarabağ brendindən istifadə üzrə
uzunmüddətli fəaliyyət planının işlənib hazırlanması və fəaliyyət göstərməsi,
rebrendinq seçimi, mədəni turizm həvəskarlarının məmnuniyyətinin artırılması
kimi vəzifələr aktuallıq kəsb edir.
https://unec.edu.az/application/uploads/2015/02/UNEC_Expert_11_2022.pdf