Azərbaycanən taxıl və taxıl məhsulları bazarının marketinq tədqiqi


Xeyirxəbərov İ.

Kənd təsərrüfatının iqtisadiyyatı, no.31, pp.77-84, 2020 (Peer-Reviewed Journal)

Qısa məlumat

Uzun illərdir ki, Azərbaycanın taxıl və taxıl məhsulları bazarında problemlər yaşanır. Ölkənin beynəlxalq taxıl və taxıl məhsulları bazarından asılılığı və netto-idxalçı kimi çıxış etməsi bu bazarda problemin olmasının göstəricisidir. Azərbaycanda istehsal edilən taxılın məhsuldarlığının aşağı olması və keyfiyyət göstəricilərinin bir sıra hallarda standartlara cavab verməməsi ərzaq bazarının bu məhsul seqmenti üzrə beynəlxalq bazarlardan asılılığı şərtləndirmişdir. Bu sahədə müəyyən məqsədyönlü tədbirlər həyata keçirilsə də hələlik asılılıq yüksək olaraq qalır, ona görə də həmin tədbirlərin davam etdirilməsi və ölkənin taxıl və taxıl məhsulları bazarının konyunkturundan asılı olaraq həyata keçirilən tədbirlər üzrə təshihlərin aparılması çox vacibdir. Bu istiqamətdə təsirli tədbirlərin işlənib hazırlanması bazarın marketinq tədqiqini tələb edir.