Müasir dövrdə Azərbaycanda iqtisadi artım imkanları


Creative Commons License

Xankişiyeva C.

Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri mövzusunda” Beynəlxalq elmi konfrans, Gəncə Dövlət Universitei, VI hissə, vol.5, no.6, pp.22-26, 2023 (Conference Book)

Qısa məlumat

The problems of economic growth of Azerbaijan are considered, the main reasons for the country's loss of its positions in the world and domestic markets are revealed. These problems are associated with the imperfection of legal policy, as well as with the financial crisis and general problems of the national economy. Within the framework of reforming the national economy, a new concept of the country's long-term development is being considered, aimed at modernizing the economy by creating an investment and innovation climate that would ensure the country's economic growth and turn Azerbaijan into a leading world power through the creation of a state-corporate sector of the economy. 

İstənilən ölkənin dayanıqlı iqtisadi artımı iqtisadiyyatın və siyasətin mövcud obyektiv reallığına əsaslanmalıdır və ölkənin sosial – iqtisadi inkişafının uzun müddətli proqramının əsas tərkib hissəsi kimi əks etdirilməlidir. İqtisadi artımın əsas məqsədi “nemətlərin və xidmətlərin istehsal həcminin artırılması, onların keyfiyyətinin yaxşılaşması, həyatın daha yüksək səviyyəsinin təmin edilməsidir” [3]. Dövlət bazar tənzimləyicisi kimi iqtisadi artımın stimullaşdıırlması üzrə siyasəti aparmalıdır ki, milli iqtisadiyyatın ən vacib sahələri üzrə inkişafını təmin etsin. Dövlətin bu siyasəti büdcə - vergi, kredit və iqtisadi siyasətin digər növləri ilə koordinasiya edilməlidir. Bu qarşılıqlı əlaqə zəruridir, çünki məhz o, keyfiyyətli iqtisadi artıma nail olmaq üçün bazar şəraitində mürəkkəb sosial sistem kimi ölkənin kifayət qədər dayanıqlılığını təmin edə bilər.