THE ROLE OF OIL REVENUES IN THE DEVELOPMENT OF THE NON-OIL SECTOR: AN ANALYSIS OF THE POST-COVID PERIOD WITH A QUALITATIVE METHOD


Creative Commons License

Niftiyev I.

PAHTEI-Procedings of Azerbaijan High Technical Educational Institutions, vol.28, no.2, pp.162-167, 2026 (Peer-Reviewed Journal)

Abstract

Son illərdə Azərbaycanın qeyri-neft sektorunun inkişafında neft amilinin sabitləşdirici və inkişafetdirici rolu yüksəkdir. Milli diversifikasiya siyasətində və xarici şoklardan qorunmaq məqsədilə AzərbaycanRespublikası Dövlət Neft Fondunun (ARDNF) xərcləri mühüm əhəmiyyət kəsb edir. Tədqiqat ARDNF-ninson beş ildə dərc olunmuş rəsmi illik hesabatlarının təhlili əsasında postkovid dövründə qeyri-neft sektorununinkişafı üçün neft gəlirlərindən istifadənin istiqamətlərini araşdırır. Bu məqsədlə rəsmi sənədlərin təhlili kimitanınan keyfiyyət metodu tətbiq edilib. Nəticələr göstərir ki, neft gəlirləri dövlət büdcəsini gücləndirməklə vəinsan kapitalının maliyyələşdirilməsi ilə qeyri-neft sektorunun uzunmüddətli inkişafında mühüm rol oynayır.Bütün bu proseslər fonunda ARDNF-nin fiskal effektivliyi yüksək uyğunlaşma qabiliyyəti nümayiş etdirib vəfəaliyyətini üç fərqli xronoloji mərhələdə təşkil edib: müdafiə və qoruma mərhələsi (2020), dövri bərpa vəcanlanma mərhələsi (2021–2022) vəstruktur transformasiya mərhələsi (2023–2024). Cari məqalənin nəticələriAzərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı ilə makroiqtisadi trendlərin bir-biri ilə necəuzlaşdığını anlamaq üçün sistemli elmi töhvələr verir.