Yaşıl Enerji Keçidinin Milli İqtisadi Artıma Təsiri: Azərbaycanın Bərpa Olunan Enerji Potensialı və İqlim Öhdəlikləri Kontekstində Empirik Təhlil


Creative Commons License

Quliyev V.

“DAYANIQLI İNKİŞAF VƏ İNNOVASİYA İQTİSADİYYATI” MÖVZUSUNDA İQTISADİYYAT VƏ SOSİAL ELMLƏR SAHƏSİNDƏ TƏDQİQATÇILARIN II BEYNƏLXALQ ELMİ KONFRANSIN MATERİALLARI, vol.4, no.1, pp.807-810, 2025 (Conference Book)

Abstract

The global transition toward decarbonization has positioned green energy as a strategic pillar of modern economic development. In recent years, Azerbaijan has intensified its efforts in renewable energy deployment through the establishment of “Green Energy Zones,” large-scale wind and solar power agreements, and strengthened climate commitments aligned with the Paris Agreement and COP29 agenda. This study aims to empirically assess the impact of the green energy transition on national economic growth by examining the relationship between renewable energy production, energy efficiency, investment flows, and carbon emission reductions. Using macroeconomic data from 2005 to 2024, the research applies trend analysis and multiple regression modelling to evaluate how changes in the energy structure influence GDP growth and economic diversification. The findings reveal that an increasing share of renewable energy significantly enhances economic performance by reducing energy import dependency, stabilizing long-term energy costs, and supporting industrial modernization. Moreover, emerging technologies such as green hydrogen, digital energy management systems, and cross-border renewable energy partnerships are expected to amplify future growth 808 potential. Overall, the study provides valuable insights for shaping Azerbaijan’s post-COP29 energy strategy and for strengthening the foundations of a sustainable and innovation-driven green economy

Qlobal karbonsuzlaşma tendensiyaları dövründə yaşıl enerji keçidi ölkələrin iqtisadi inkişaf modelində strateji prioritetə çevrilmişdir. Azərbaycan 2021–2025-ci illərdə həyata keçirdiyi “Yaşıl Enerji Zonası”, bərpa olunan enerji müqavilələri, külək və günəş gücünün genişləndirilməsi, həmçinin iqlim öhdəliklərinin sərtləşdirilməsi ilə enerji sistemində fundamental transformasiya mərhələsinə daxil olmuşdur. Bu tədqiqatın məqsədi yaşıl enerji keçidinin milli iqtisadi artıma təsirini empirik yanaşma əsasında qiymətləndirmək, alternativ enerji istehsalının, enerji səmərəliliyinin və karbon emissiyalarının azalmasının iqtisadi dinamika ilə qarşılıqlı əlaqəsini müəyyən etməkdir. Təhlil çərçivəsində 2005–2024- cü illəri əhatə edən makroiqtisadi göstəricilər – ÜDM artımı, bərpa olunan enerji istehsalı, enerji intensivliyi, karbon emissiyaları və investisiya axınları – əsasında çoxlu regresiya və trend modelləri tətbiq edilmişdir. Nəticələr göstərir ki, bərpa olunan enerji istehsalının payının artması həm enerji idxal asılılığının azalmasına, həm də iqtisadi artımın şaxələndirilməsinə müsbət təsir göstərir. Hidrogen enerjisi, yaşıl texnologiyalar və beynəlxalq enerji tərəfdaşlıqları isə gələcək dövrdə iqtisadi artımın davamlılığını gücləndirən əsas faktorlar kimi qiymətləndirilir. Tədqiqatın nəticələri Azərbaycanın COP29 sonrası enerji siyasətinə və yaşıl iqtisadiyyat modelinin formalaşdırılmasına elmi-praktik töhfə verir.