Hidrology


Creative Commons License

Hüseynov M., Mustafayeva K., Kərimova M., Məmmədov O., Quliyeva S., Əhmədova S., ...More

Other, pp.1-19, 2023

  • Publication Type: Other Publication / Other
  • Publication Date: 2023
  • Page Numbers: pp.1-19
  • Azerbaijan State University of Economics (UNEC) Affiliated: Yes

Abstract

“Hidrologiya” fənni ümumi, əsas fənlər siyahısına daxil olmaqla, bakalavr pilləsində təhsil alan tələbələrə təbii sularda baş verə biləcək kəmiyyət və keyfiyyət dəyişkənliklərini müəyyənləşdirməyi, hidrosferdə baş verən əsas hidroloji proseslərin mahiyyətini fundamental qanunların köməyi ilə təhlil etməyi, su obyektlərinin öyrənilməsində istifadə olunan əsas metodlar haqqında təsəvvürlər yaratmağı, su obyektləri və hidroloji proseslərin coğrafi-hidroloji öyrənilməsinin iqtisadiyyat və ekologiya mühəndisliyi ilə əlaqədar problemlərin həllində praktiki vacibliyini müəyyən etməyi öyrədir. Fəndə hidrologiyanın predmeti, hidroloji dövranın yağıntı, sızma, axın və s. kimi təməl ünsürləri və bu ünsürlərin ekologiya mühəndisliyi baxımından əhəmiyyəti öyrənilir.

Bu fənnin öyrənilməsi aşağı kurslarda əvvəlki təhsil gedişində tələbələrin əldə etdiyi riyaziyyat, ümumi kimya, mühəndis qrafikası və fizikanın əsaslarına dair biliklərə istinad edir, ətraf mühitə təsirin qiymətləndirilməsi, ətraf mühitin kimyası və toksikologiyanın əsasları, ekoloji monitorinq, ətraf mühitin idarə olunması (ekoloji menecment), su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi, iqlim dəyişmələri və qlobal istiləşmə, torpaqların meliorasiyası, rekultivasiyası və ekoloji əsasları və s. bu kimi tətbiqi mühəndislik fənlərinin dərindən öyrənilməsi üçün zəruri əsasdır.