Other, pp.30-36, 2024
ISBN 978 9952 39 293 7
Azərbaycan Respublikası
Dayanıqlı İnkişaf Məqsədlərini milli səviyyədə sürətləndirmək məqsədilə konkret
konsepsiya və proqramları əks etdirən aktuallaşdırma, sürətləndirmə və siyasətə
dəstək missiyasını həyata keçirən ilk ölkələrdən biri olmaqla, ölkə təcrübəsini
2018-ci ildə keçirilən Dayanıqlı İnkişaf üzrə Bakı Forumunda təqdim edib. Dayanıqlı
İnkişaf Məqsədlərindən olan torpaq ekosisteminin mühafizəsi, iqlim dəyişikliyinə
qarşı mübarizə, təmiz su və sanitariya qaydalarına ciddi riayət edilməsi, sərfəli
və təmizenerji, dəniz ekosisteminin mühafizəsi, sülh, sosial ədalət, ekoloji ədalət
və səmərəli institutların təmin edilməsi ölkəmizdə keçiriləcək COP29 tədbirində
müzakirəsi zəruri olan problemlər siyahısındadır. Sosial iş dünyanın insanpərvər
peşələrindən biri kimi sosial ədalət və sosial bərabərliyin bərpa edilməsinə
yönəlmiş fəaliyyət sahəsi hesab edildiyindən təbii olaraq ekoloji ədalətsizliyə
müraciət etməklə yaşıl sosial işə müdaxilə etmiş olur. Həssas təbəqələri dəstəkləməyə
diqqət yetirən peşə olaraq sosial işçilər iqlim dəyişikliyinin fərdlərə və
icmalara təsirlərini tənzimləmək və həll etmək üçün unikal mövqeyə malikdirlər.Ekososial
işçilərin əsas hədəfi eko problemlərin sosial nəticələrini həll etməklə ekoloji
ədaləti müdafiə etməkdən ibarətdir.