HUMANİTAR ELMLƏRİN ÖYRƏNİLMƏSİNİN AKTUAL PROBLEMLƏRİ, pp.40-43, 2025 (Peer-Reviewed Journal)
Nitq etikasının vacib məsələlərindən biri baĢqasını səbrlə dinləməyi bacarmaqdır. BaĢqasının nitqini yersiz replikalarda kəsmək, ona diqqətlə qulaq asmamaq mədəniyyətsizlikdir. Əlbəttə, zəruri hallarda baĢqasının sözünü kəsmək olar. Lakin bu mədəni qaydada edilməlidir. Sadalanan hallarda danıĢanın nitqinə müdaxilə etmək mümkündür – danıĢan bəhs etdiyi məsələdən çox uzaqlaĢdıqda, eyni fikri yersiz olaraq dönə-dönə təkrar etdikdə, yaxud danıĢanı ruhlandırmaq, onun nitqini qüvvətləndirmək istədikdə. Birinci halda kobud bir Ģəkildə düz demirsən, çərənləmə, bir Ģeyi bilmirsən, danıĢma, vaxtımızı alma və s . kimi ifadələrdən istifadə etmək olmaz. Müəllimin diqqətlə qulaq asması və danıĢanın dediklərini nəzakətlə ifadə etməsi son dərəcə vacibdir. Məlumdur ki, Ģagird və tələbələr bir çox Ģeyi yeni öyrəndiklərindən dərhal baĢa düĢə bilmirlər, natamam və səhv cavablar verirlər. Bu zaman müəllim onları “pis danıĢırsan, heç nə edə bilmirsən, utanmalısan, sadə Ģeyləri bilmirsən” kimi ifadələrlə ruhdan salmamalı, onları pis hiss etdirməməlidir. ġagirdi və ya tələbəni yenidən düĢündürəcək sözlər demək lazımdır ki, ruhdan düĢməsin. Açar sözlər: peĢə etikası, dəqiqlik, etiket qaydaları, iĢgüzar ünsiyyət, nəzakət