Müstəqil Türk dövlətləri arasında inteqrasiya (Azərbaycan-Türkiyə timsalında)


Creative Commons License

Qurbanova F.

“TÜRK DÖVLƏTLƏRİ TƏRKİBİNDƏ İNTEQRASİYA PROSESLƏRİ: MÜASİR ÇAĞIRIŞLAR VƏ HƏDƏFLƏR” MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANSIN M A T E R İ A L L A R I. , vol.185, no.1, pp.138-139, 2024 (Conference Book)

Qısa məlumat

“Türk Dünyası” anlayışı hazırda siyasi və mədəni mənada bir reallıqdır. Lakin bu reallığı nə dünyada, nə Türk dünyasında, nə də Türkiyədə qəbul etmək asan olmayıb.

Bu gün müxtəlif ölkələrin fərqli strateji hədəflərlə, iqtisadi və siyasi səbəblərlə bir araya gəlməsi, yeni təşkilat, qurum və təşkilatlar yaratması beynəlxalq aləmdə ortaq bir inkişafdır. İkiqütblü dünyanın dağılmasından sonra müstəqil respublikaların yaranması bu istiqamətdə, yəni regional və beynəlxalq təşkilatların formalaşması və inkişafı baxımından mühüm proses olmuşdur.

Hal-hazırda da müstəqil Türk dövlətləri kimi mövcudluğunu davam etdirən dövlətlər Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Respublikası de-fakto statusu ilə 7 ölkəni saymaq olar. Bundan əlavə, Başqırdıstan, Çuvaşiya, Tatarıstan, Tuva və Yakutiyadır. Türklərin çoxluq təşkil etdiyi Rusiya dövlətinə bağlı muxtar respublikalar sayılırlar.