no.1, pp.89-93, 2021 (Peer-Reviewed Journal)
Annotasiya. Müasir texnikanın hərəkətə gətirilmə
sistemlərində sərbəst hərəkətli diyircəkli mexanizmlər geniş tətbiq edilir. Bu
cür mexanizmlərin ətraf halqalarına normal qüvvəli yük təsir göstərir ki, bu da
əhəmiyyətli radial deformasiyaya səbəb olur. Adətən ətraf halqanın radial
deformasiyasını hesablamırlar, həndəsi parametrləri isə konkstruksiya
tövsiyələrinə uyğun verirlər. Ətraf halqanın sərtliyinin nəzəri və
eksperimental tədqiqatı aparılmır. Ötürülən təzyiqin (fırlanma anı) və sərbəst
hərəkətli diyircəkli mexanizmin konstruktiv parametrlərinin (ani dayandırma bucağı
və dayandırma diyircəklərin sayı) halqanın radial deformasiyasına təsirinin
sınağının nəticələri göstərilmişdir. Ətraf halqanın radial deformasiyasının
hesablanması üçün təklif olunan empirik asılılığının düzgünlüyü sınaq
vasitəsilə təsdiq olunmuşdur. Sınaqların böyük əksəriyyəti üçün radial
deformasiyasının eksperimental və nəzəri göstəriciləri arasındakı fərq
2,9...17,5% olmuşdur. Sınaqlarla müəyyən edilmişdir: təzyiqin artırılması
zamanı radial deformasiyanın çoxalması az miqdarda ləngiyir və dərəcəli
asılılıq üzrə dəyişir; ani dayandırma bucağının 5o- dən 9o-
dək artırılması radial deformasiyanın 1,28- 1,51 dəfə azalmasına gətirib
çıxarır, diyircəklərin sayının 3dən 5- dək azaldılması isə onu 1,5- 1,7 dəfə
azaldır.