Tədqiqat və layihə bacarıqları


Creative Commons License

Sadıqov R.

Other, pp.1-21, 2025

  • Publication Type: Other Publication / Other
  • Publication Date: 2025
  • Page Numbers: pp.1-21
  • Azerbaijan State University of Economics (UNEC) Affiliated: Yes

Abstract

Mündəricat

 

1.     “Tədqiqat və layihə bacarıqları” fənninin tədrisinin məqsədi......................4

2.     “Tədqiqat və layihə bacarıqları” fənninin təhsil proqramının strukturunda yeri və rolu....................................................................................................4

3.     “Tədqiqat və layihə bacarıqları” fənninin təlim nəticələrinin ixisas üzrə olan peşə kompetensiyaları ilə əlaqəliliyi..............................................................5

4.     “Tədqiqat və layihə bacarıqları” fənninin mənimsənilməsi nəticəsində formalaşan ümumi bacarıqlar.........................................................................5

5.     “Tədqiqat və layihə bacarıqları” fənninin mövzuları üzrə keçirilən saatların miqdarı............................................................................................................6

6.     “Tədqiqat və layihə bacarıqları” fənni üzrə mövzuların qısa məzmunu.........7

7.     “Tədqiqat və layihə bacarıqları” fənninin mövzuları üzrə tələbələrin bilməli, bacarmalı olduqları səriştələr.......................................................................13

8.     “Tədqiqat və layihə bacarıqları” fənninin tədrisində istifadə ediləcək tədris materiallarının siyahısı.................................................................................16

9.     “Tədqiqat və layihə bacarıqları” fənninin tədrisində istifadə ediləcək interaktiv metodlar.......................................................................................16

10.  “Tədqiqat və layihə bacarıqları” fənninin tədrisində istifadə ediləcək ədəbiyyat siyahısı........................................................................................17

 

 

 

 


 

1. “Tədqiqat və layihə bacarıqları” fənninin tədrisinin məqsədi

 

“Tədqiqat və layihə bacarıqları” fənni - 6 kredit

Bu dərsin məqsədi tələbələrə ətraf mühit problemlərinin həllində yeni mühəndislik yanaşmalarını tətbiq etməyi təmin etmək, nəzəri dərslərini tamamlamaq üçün tətbiqyönümlü layihələrin həyata keçirilməsi prinsiplərini öyrətməkdir.

 

2. “Tədqiqat və layihə bacarıqları” fənninin təhsil proqramının strukturunda yeri və rolu

 

“Tədqiqat və layihə bacarıqları” fənni seçmə fənlər siyahısına daxil olmaqla, bakalavr pilləsində təhsil alan tələbələrə layihənin müəyyən edilməsi, xərclərin müəyyən edilməsi və təhlili, vaxtın idarə edilməsi, qrup daxilində səmərəli şəkildə işləmə, texnologiya və avadanlıq seçimi, proqram təminatından istifadə, müxtəlif fənlərin məşğul olduğu sahələri birləşdirərək bir məqsəd istiqamətində mühəndislik problemlərinə həll variantı işləmə qaydalarını, mühəndislik standartlarına uyğun layihələrin təqdim olunması üçün lazım olan təməl üsulları və mühəndislik anlayışlarını, hesabatların hazırlanması və təqdimatını öyrədir.

Bu fənnin öyrənilməsi aşağı kurslarda əvvəlki təhsil gedişində tələbələrin əldə etdiyi riyaziyyat, ətraf mühitin kimyası və toksikologiyanın əsasları, fizikanın əsasları, ümumi ekologiya, hidrologiya, ətraf mühitə təsirin qiymətləndirilməsi, ekoloji monitorinq, ətraf mühitin idarə olunması, sənaye ekologiyası, ekoloji sistemlərin modelləşdirilməsi, ekologiya mühəndisliyində bioloji proseslər, yeraltı suların axını və çirklənməsi, iqlim dəyişmələri və qlobal istiləşmə, Hava çirklənməsi və nəzarət, məsafədən zondlamanın fiziki əsasları, tullantısız istehsal prosesləri və tullantıların təkrar emalına dair biliklərə istinad edir, ekologiya mühəndisliyi, ətraf mühitin planlaşdırılması və tənzimlənməsi, ətraf mühit informasiya sistemləri, ətraf mühit mühəndisliyinin ekologiyası və s. bu kimi fənlərin dərindən öyrənilməsi üçün zəruri əsasdır.

 

 

3.“Tədqiqat və layihə bacarıqları” fənninin təlim nəticələrinin ixtisas üzrə olan peşə kompetensiyaları ilə əlaqəliliyi:

Fənnin təlim nəticələrinin (FTN)

 İxtisas üzrə məzun kompetensiyalara uyğunluq səviyyəsi

 

FTN 1

Ekologiya mühəndisliyinin fəaliyyət sahələrinə dair texnoloji inkişaf və yeniliklərdən vaxtında xəbərdar olmaq və buna əsasən praktik fəaliyyətləri həyata keçirmək

 

PK7

 

FTN 2

Layihələndirmədə müvafiq üsul və mərhələləri müəyyən etmək və tətbiq etmək

 

PK10

 

FTN 3

Ekoloji layihələr hazırlamaq, layihənin risk idarəetməsini və layihənin iqtisadi təhlilini aparmaq

PK4

PK24

FTN 4

Layihənin nəticələrini təhlil etmək və şərh etmək

PK7

PK10

FTN 5

Layihənin texniki hesabatını, posterini hazırlamaq və canlı nümayiş etdirmək, layihə təqdimatı və müdafiəsini həyata keçirmək

PK4

PK10

 

PK4 - kompüter texnologiyasını layihələndirmədə geniş tətbiq etməyi bacarmalıdır;

PK7 - yeni layihələrə olan ekoloji tələbləri, layihədən sonrakı ekoloji qiymətləndirməni bacarmalıdır;

PK10 - layihənin texniki-iqtisadi və ekoloji əsaslandırılmasını bacarmalıdır;

PK24 - ekoloji sistemlərin hesablanması və optimal layihələndirilməsini bacarmalıdır.

 

4.“Tədqiqat və layihə bacarıqları” fənninin mənimsənilməsi nəticəsində formalaşan ümumi bacarıqlar

-         Ekoloji əsaslandırma məqsədilə ekoloji layihələrin hazırlanmasında  hüquqi və tənzimləyici qanunları tətbiq etmək;

-         Elmi araşdırma və layihələndirmə, problemin müəyyən edilməsi və metodların seçilməsi;

-         Ədəbiyyatla işləmək, informasiya mənbələrini müəyyən etmək, məlumatların toplanması və etik qaydalara əməl etmək;

-         Layihə planlamaq və təsvir etmək;

-         İşçi heyətini formalaşdırmaq və işgüzar əlaqələr qurmaq;

-         Layihə hesabatını yazmaq və təqdimatını həyata keçirmək;

-         Layihə risklərini və layihəni qiymətləndirmək.

 

5. “Tədqiqat və layihə bacarıqları” fənninin mövzuları üzrə keçirilən saatların miqdarı

 

 

Mövzuların adları

Mühazirə dərsləri

Seminar dərsləri

1

Tədqiqat və layihələndirmə fənninə giriş, əsas anlayışlar və prinsiplər.

2

2

2

Elmi araşdırma və layihələndirmənin quruluşu, problemin müəyyən edilməsi və metodların seçilməsi.

2

2

3

İdeal metodlar. Məhsul və layihənin formaları

2

2

4

Ədəbiyyatla işləmə üsulları, məlumatların toplanması, informasiya mənbələri və etik problemlər.

2

2

5

Layihənin planlanması, müddəti və təsviri.

2

2

6

Layihə tipləri, layihə hazırlamanın mərhələləri.

2

2

7

İşçi heyətinin formalaşdırılması və əlaqələrin qurulması.

2

2

8

Layihə hesabatının yazılması və təqdimatı.

2

2

9

Şəhərsalma layihələrinin ekoloji əsaslandırılması.

2

2

10

Sanitar-mühafizə zonalarının ekoloji layihələndirilməsi

2

2

11

Təbiəti mühafizə obyektlərinin geoloji layihələndirilməsi.

2

2

12

Əsas energetika bazalarının  ekoloji layihələndirilməsi.

2

2

13

Su anbarlarının geoloji layihələndirilməsi

2

2

14

Ekoloji reabilitasiya obyektlərinin layihələndirilməsi.

2

2

15

Layihə riskləri və layihənin qiymətləndirilməsi.

2

2

 

                                               CƏMİ

30

30

 

 

6. “Tədqiqat və layihə bacarıqları” fənni üzrə  mövzuların  qısa məzmunu:

 

Mövzu 1. Tədqiqat və layihələndirmə fənninə giriş, əsas anlayışlar və prinsiplər

 

1.Tədqiqat və layihələndirmə haqqında anlayış.

2.Layihələndirmə və ekspertizanın yaranma və inkişaf tarixi.

3.Layihələndirmə və ekspertizanın mərhələləri.

4.Müxtəlif tipli layihələrin xüsusiyyətləri. 

 

Mövzuda fənnin məqsədi, vəzifələri, əsas anlayışları və inkişaf tarixi ətraflı açıqlanmışdır. Bu mövzuda hər hansı bir layihəyə başlamaq üçün, layihə fəaliyyətinin nədən ibarət olması, fərqli xüsusiyyətləri haqqında izahat verilmişdir. Mövzuda layihə mərhələləri,o cümlədən planlaşdırma, hazırlıq, icra və tamamlama haqqında geniş məlumat verilmişdir. Mövzuda layihə idarəetmə müvəffəqiyyətinin layihənin icrası prosesini qiymətləndirən bir göstərici olması, layihənin idarə edilməsində müvəffəqiyyət göstəricisinin layihə başa çatdıqdan sonra asanlıqla müəyyən edilməsi prosesləri geniş şərh olunmuşdur.

 

Mövzu 2. Elmi araşdırma və layihələndirmənin quruluşu, problemin müəyyən edilməsi və metodların seçilməsi

 

1.Elmi araşdırma və layihələndirmənin quruluşu, prinsipləri.

2.Elmi-tədqiqat üsullarının strukturu və mərhələləri.

3.Tədqiqatın elmi metodları.

4.Layihənin seçilməsi və elmi-tədqiqat işlərinin planlanması.

 

Mövzuda elmi araşdırmaların və layihələndirmənin quruluşu, prinsipləri ətraflı verilmişdir. Burada elmi araşdırmaların mərhələləri: planlaşdırma, aparılan şəxsi tədqiqat və nəticələrin təqdim olunması qaydaları verilmişdir. Elmi araşdırmaların metodologiyası və metodlarının inkişaf mərhələləri və təkmilləşdirilməsi şərh olunmuşdur. Son iki yüz ildə çoxsaylı elmi araşdırma metodlarının yaranması və metodologiyası haqqında məlumatlar verilmişdir.

 

Mövzu 3. İdeal metodlar. Məhsul və layihənin formaları

 

1.Məhsul və layihənin formaları.

2.Beyin fırtınası metodu.

3.Beyin yazı metodu.

4.Sinektika (oxşatmaq, bənzətmək) metodu.

 

Mövzuda ideal metodlar və onların üstünlükləri haqqında informasiya verilmiş, məhsul və layihənin formaları geniş izah olunmuşdur. Burada fikir yaratmaq yolları, müzakirə olunan problemin həllini tapmaq məqsədilə qrup işinin təşkili üçün müxtəlif metodlardan istifadə etmə üsulları ətraflı verilmişdir. Mövzuda təkcə zehni və yaradıcı qabiliyyətindən deyil, həmkarların da qabiliyyətindən istifadə etməyin mümkünlüyü, beləliklə qrup üzvlərinin yaradıcı potensialları sinerji (əməkdaşlıq, birgə işləmək) ətraflı şərh olunmuşdur. Mövzuda fikir yaratmaqla yanaşı vacib bir bacarıq, ideyanın gerçəkləşəcəyi təqdirdə nəticəni təsəvvür etmək bacarığının olması anlayışı izah edilmişdir. Beyin fırtınası metodu, beyin yazı metodu və digər ideya metodları haqqında məlumat verilmişdir.

 

Mövzu 4. Ədəbiyyatla işləmə üsulları, məlumatların toplanması, informasiya mənbələri və etik problemlər

 

1.Ədəbiyyatla işləmə üsulları.

2.Ədəbiyyatların axtarış mənbələri.

3.İnformasiyaların axtarış strategiyası.

4.Məlumatların toplanması və etik problemlər.

 

Bu mövzuda ədəbiyyat mənbələrinin seçilməsi, ədəbiyyatla işləmə üsulları, məlumatların müxtəlif mənbələrdən toplanması qaydaları və informasiya mənbələrindən istifadənin etik problemləri əraflı verilmişdir. Tədqiqat işlərinin yazılı şəkildə təsvirindən öncə elmi ədəbiyyatların axtarışı və əldə olunan məlumatların analizi və yazılmasının vacibliyi geniş verilmişdir. Məlumatların toplanmasında üç əsas aspekt: axtarış yerləri, elmi ədəbiyyatların növləri, vacib məlumatların seçilməsi və təsviri qaydaları verilmişdir.

 

Mövzu 5. Layihənin planlanması, müddəti və təsviri

 

1.Layihələrin davametmə müddəti və təsviri.

2.Layihənin mərhələləri.

3.Layihənin ierarxik səviyyələri.

4.Layihənin büdcəsi və büdcə prinsipləri.

5.Layihələrin idarə olunma prinsipləri.

 

Bu mövzuda layihənin planlanması, idarə olunması prinsipləri verilmişdir. Mövzuda layihənin mərhələləri, davametmə müddəti və təsviri ətraflı şərh olunmuşdur. Bu mövzuda müəyyən bir layihənin layihədən əvvəl, layihə müddətində və layihədən sonrakı mərhələlərinin geniş izahı verilmişdir. Layihənin başlanması və başa çatması kimi səviyyələrin layihə iştirakçılarından aslılığı haqqında məlumat verilmişdir. Mövzuda layihənin növündən və maliyyə planlaşdırma tələblərindən asılı olaraq müxtəlif qiymətləndirmə metodları, o cümlədən parametrik qiymətlləndirmə, analoqlara görə qiymətləndirmə, ekspert qiymətləndirmə, təchizatçıların təklifləri ilə qiymətləndirmə haqqında ətraflı məlumat verilmişdir. Mövzuda layihənin büdcəsi və büdcə prinsipləri verilmişdir. Layihənin başlanğıcında layihə üzərində işə başlamaq, maliyyələşdirmək, müqavilənin bağlandığı tarix, layihənin əsas hissəsini təşkil edən ideyaların analiz edilməsi təklifi haqqında izahat verilmişdir.

 

Mövzu 6. Layihə tipləri, layihə hazırlamanın mərhələləri

 

1.Layihələrin tiplərinə görə təsnifləşdirilməsi.

2.Yaradıcı bir layihənin hazırlanması prinsipləri.

3.Biznes layihələrinin hazırlanması prinsipləri.

4.Təqdimat planının tərtib olunması.

 

Mövzuda layihə tipləri, onların miqyasına və mürəkkəbliyinə görə təsnifləşdirilməsi geniş şərh olunmuşdur. Bu mövzuda biznes planının hazırlanmasının investorlar üçün uğurlu işin ilkin şərti olduğu verilmişdir. Qrafik dizaynerlər tərəfindən təqdimatın hazırlanmasının investorları cəlb etmək üçün güclü alət olması, zəruri məlumatların mükəmməl birləşməsi və effektiv vizual təqdimetmə, hədəf auditoriyaya təsirini artırmağın yolları araşdırılmışdır.

 

Mövzu 7. İşçi heyətinin formalaşdırılması və əlaqələrin qurulması

 

1.İşçi heyətinin formalaşdırılması.

2.Lahiyəni idarəetmə qruplarının yaradılması.

3.Layihə rabitə idarəetmə sisteminin təşkili.

4.Effektiv ünsiyyət meyarları.

 

Bu mövzuda layihələrin həyata keçirilməsi və qarşılıqlı əlaqələrin qurulması, qarşıya qoyulan vəzifələrin, o cümlədən layihə iştirakçıları arasında ortaq iş proseslərinin müəyyənləşdirilməsi prinsipləri analiz olunmuşdur. Mövzuda əvvəlcə layihə iştirakçılarının nəzərdə tutduqları ideyanı müəyyən etmələri, layihənin həyata keçirilməsində birbaşa iştirak edən fiziki və ya hüquqi şəxslərin dəqiqləşdirilməsi, həm podratçının, həm də sifarişçinin layihənin icrasında rolu haqqında məlumat verilmişdir. Mövzuda layihəyə təsir göstərə biləcək işçi heyəti üzvlərinin seçilməsi və əlaqələrin qurulması haqqında ətraflı izahat verilmişdir. Layihə rəhbərliyi üçün kritik əhəmiyyətə malik olan, əvvəlcədən layihə iştirakçılarının layihənin həyata keçirilməsində və tələb olunan nəticələrin əldə edilməsində şəxsi motivasiyasının, marağının və məsuliyyətinin başa düşülməsinin vacibliyi ətraflı verilmişdir. Layihə gözləntilərinin və tələblərinin birbaşa layihə iştirakçılarının qarşılıqlı əlaqəsi nəticəsində formalaşması mövzuda geniş verilmişdir.

 

Mövzu 8. Layihə hesabatının yazılması və təqdimatı

 

1.Layihələrin yazılma qaydaları.

2.Qrant layihələr üçün yeni hesabat formalarının təsdiqi.

3.Layihələrin elektron təqdimatı.

4.Statistik hesabatın formaları.

 

Bu mövzuda layihə hesabatının yazılması və təqdimatı qaydası haqqında izahat verilmişdir. Mövzuda hesabatın yazılma qaydası: layihənin adı; problemin qoyuluşu; layihənin həyata keçirilmə müddəti; layihənin qiymətləndirilməsi və hesabatı; layihənin davamlılığı və büdcəsi ilə bağlı məlumatların təqdim olunması üsulları ətraflı şərh olunmuşdur. Hesabatların elektron təqdimatı zamanı dövlət müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron sənəd formasında müvafiq dövlət orqanlarına təqdim edilməsi qaydası verilmişdir.

 

Mövzu 9. Şəhərsalma layihələrinin ekoloji əsaslandırılması

 

1.Şəhərsalma layihələrinin obyekt və tipləri.

2.Layihələrin ekoloji əsaslandırılması.

3.Şəhərsalmada layihələndirmənin məlumat bazası.

4.Şəhər landşaftının konsepsiyası və landşaft planlaşdırılması.

5.İri meqopolislərin layihələndirilməsi

 

Bu mövzuda şəhərsalma layihələri, obyekt və tipləri, onların təsnifləşdirilməsi ətraflı verilmişdir. Əhalinin sayından asılı olaraq şəhər və kənd məntəqələrinin, iri şəhərlərin, böyük şəhərlərin, kiçik şəhərlərin əhalisinin nə qədər olması haqqında geniş məlumat verilir. Mövzuda şəhərsalma layihələrinin ekoloji əsaslandırılmasında əhalinin yaşayışının ekoloji təhlükəsizliyi, şəhərsalma layihə qərarlarının məqsədəuyğunluğu və optimallığı, təbiətin mühafizəsi və tarixi-mədəni irsin qorunub saxlanması üzrə əsas tikililərin, nəzərdə tutulan tədbirlərin seçilməsinin qiymətləndirilməsi prinsipləri ətraflı verilmişdir. Bu mövzuda şəhərsalma layihələrinin ekoloji əsaslandırılması üçün ərazinin təbii (zona və regional) xüsusiyyətlərini, şəhər, rayon və s. ərazinin müasir və prespektiv səmərəli istifadəsi; şəhər mühitinin müasir ekoloji vəziyyəti; ərazinin demoqrafik xüsusiyyətləri, onun tarixi-mədəni dəyəri; ərazidə təbiətdən istifadə rejimi, xüsusi qorunan təbiət obyektləri, aktiv-təhlükəli təbii proses və hadisələrin yayılması; şəhərin lazımi ehtiyatlarla təmin olunması (su təchizatı mənbələri, yeraltı sular və s.); infrastruktur cəhətdən təmin olunma (nəqliyyat, rabitə və s.); yerli əhalinin sağlamlıq vəziyyəti ilə bağlı prinsiplər geniş verilmişdir.

 

Mövzu 10. Sanitar-mühafizə zonalarının ekoloji layihələndirilməsi

 

1.Sanitar-mühafizə zonalarının yaradılması.

2.Sanitar-mühafizə zonalarının sərhədlərinin təyini.

3.Sanitar-mühafizə zonalarının miqyasları.

4.Sanitar-mühafizə zonalarının  müəyyən edilməsi ilə əhaliyə olan təsirin  fiziki faktorlarının hesabatı.

5.Elektrik sahələrinin təsirinin ən son yolverilən dərəcələri.

 

Bu mövzuda sanitar-mühafizə zonalarının yaradılmasına qoyulan tələblər haqqında məlumat verilir. Sanitar-mühafizə zonasının ətraf mühitə və insan sağlamlığına təsir mənbələri olan obyekt və istehsalat sahələrinin ətrafında yaradılmış xüsusi istifadə rejiminə malik bir ərazi olması geniş şərh olunur. Burada sanitar-mühafizə zonasının ölçüsü, çirklənmənin atmosfer havasına təsirinin (kimyəvi, bioloji, fiziki) gigiyenik normalarla müəyyən edilmiş dəyərlərə qədər azaldılmasının təmin etməsinin geniş izahatı verilmişdir. Mövzuda funksional təyinatına görə sanitar mühafizə zonasının, obyektin normal istismarı zamanı əhalinin təhlükəsizlik səviyyəsini təmin edən qoruyucu maneə olması ətraflı verilmişdir.

 

Mövzu 11. Təbiəti mühafizə obyektlərinin geoloji layihələndirilməsi

 

1. Təbiəti mühafizə obyektlərinin təyinatı və tipologiyası.

2. Xüsusi mühafizə olunan təbiət əraziləri (XMTƏ).

3. Təbiət parkları və onların mühafizəsi.

4. Təbiəti mühafizə obyektlərinin ətraf əraziyə təsiri.

5. Ekoloji karkasların layihələndirilməsi.

 

Bu mövzuda mövcud qanunvericiliyə uyğun olaraq xüsusi mühafizə olunan təbiət əraziləri (XMTƏ), o cümlədən təbiəti mühafizə, elmi, mədəni, estetik, istirahət və sağlamlıq əhəmiyyəti olan, dövlət hakimiyyəti orqanları tərəfindən tam və ya qismən təsərrüfat fəaliyyətindən çıxarılan və xüsusi mühafizə rejimi müəyyən edilən torpaq sahələri, su səthi və hava məkanı haqqında geniş məlumatlar verilmişdir. Mühafizə olunan təbiət ərazilərinin səkkiz əsas kateqoriyası: qoruqlar, milli parklar, təbiət parkları, müvəqqəti qoruqlar, təbiət abidələri, dendroloji parklar və botanika bağları, müalicəvi-sağlamlıq yerləri və kurortları, həmçinin ənənəvi təbiətdən istifadə əraziləri haqqında məlumat verilmişdir. Mövzuda təbiəti mühafizə obyektlərinin təyinatı və tipologiyasının mahiyyəti açıqlanmışdır. Burada təbiəti mühafizə obyektlərinin layihələndirilməsi zamanı ən başlıca ideya spesifik ekoloji funksiyaların yerinə yetirilməsi üçün coğrafi məkanın müəyyən hissəsinin təsərrüfat fəaliyyətinin məhdudlaşdırılması və konservasiyası (tam və ya qismən) haqqında izahat verilmişdir.

 

Mövzu 12. Əsas energetika bazalarının  ekoloji layihələndirilməsi

 

1.İstilik energetika texnologiyasının xüsusiyyətləri.

2.İstilik energetika stansiyalarının (İES) təbiətə təsiri.

3.İES layihələrinin ƏMTQ xüsusiyyətləri.

4.Nüvə yanacağı silsiləsinin texnoloji xüsusiyyətləri.

5.AES-nin ətraf mühitə təsiri və ƏMTQ spesifikası.

 

Bu mövzu istilik energetika texnologiyasının xüsusiyyətlərinə, İES-in təbiətə təsirinə həsr olunmuşdur. İstilik elektrik stansiyaların ətraf mühitə təsirinin xüsusiyyətlərinin izahı dəqiq verilmişdir. Burada qaz, kömür, mazut, nadir hallarda torf, şistlərin istilik elektrik stansiyalarının (İES) işləməsi üçün lazım olan enerji mənbəyi olması əraflı şərh olunmuşdur. Mövzuda istilik energetikasının təbiətə təsirinin üç tullantı növü ilə xarakterizə olunması: az təsirli kültutmaya malik bərk yanacaqla işləyən İES-dən ayrılan qələvi; maye və qaz halında olan yanacaqla işləyən İES-dən çıxan turşu haqqında ətraflı məlumat verilmişdir. İES və TS-nin kömürlə işləməsi nəticəsində  atmosferin çirklənməsi, tullanacaq çirkli madələrin dəqiq hesabatının aparılması verilmişdir. Mövzuda İES-in tüstü tullantısı komponentlərini istehsalat texnologiyasının onlara təsiri baxımından iki qrupa bölünməsi: yanma zamanı yanacağın tərkibində dəqiqliyi ilə hesablanan çirkli maddələr, onları yandırma texnologiyasından (anhidrid sulfidi, külün kəmiyyəti və tərkibi, vanadiumun birləşməsi) çox az asılı olmasının ətraflı izahı verilmişdir.

 

Mövzu 13. Su anbarlarının geoloji layihələndirilməsi

 

1.Su anbarlarının təyinatı və təsnifatı.

2.Zonaların spesifikasiyası və təsirinin sferası.

3.Su anbarlarının ətraf mühitə təsirinin qiymətləndirilməsi.

4.Ətraf mühitə təsirin qiymətləndirilməsi və təbiəti mühafizə tədbirləri.

 

Mövzuda su anbarlarının təyinatı, təsnifatı və funksiyası geniş şərh olunmuşdur. Su anbarlarının təyinatından asılı olaraq qruplaşdırılmasına mövzuda geniş yer verilmişdir. Bu mövzuda sənaye müəssisələrində, şəhərlərdə, yaşayış məntəqələrin­də təminatlı su təchizatı üçün su anbarının əhəmiyyəti, suyun keyfiyyətinə və saxlanma rejiminə görə, su anbarı və energetika, daşqınlarla mübarizədə su anbarlarının rolu açıqlanmışdır. Həmçinin suvarma üçün, balıqçılıq təsərrüfatı üçün və s. əhəmiyyəti ətraflı verilmişdir. Bu mövzuda su nəqliyyatında su anbarlarının əhəmiyyəti geniş şərh olunmuşdur.

 

Mövzu 14. Ekoloji reabilitasiya obyektlərinin layihələndirilməsi

 

1.Ekoloji reabilitasiyanın metod və texnologiyaları.

2.MTE-nin kompleks şəklində emalının texnologiyaları.

3.Tullantı fəaliyyətinin lisenziyalaşdırılması.

4.MTE poliqonunun ekoloji istehsalat yoxlanması proyekti.

 

Bu mövzuda ekoloji reabilitasiyanın metod və texnologiyaları haqqında geniş məlumat verilmişdir. Burada ekoloji reabilitasiya obyektləri arasında bərk məişət tullantılarının (MTE poliqonları) emalına, toksiki sənaye tullantılarının zərərləşdirilməsi və basdırılmasına (sənaye tullantılarının poliqonları) geniş yer verilmişdir. Mövzuda tullantı fəaliyyətinin lisenziyalaşdırılması haqqında məlumat verilmişdir.

 

Mövzu 15. Layihə riskləri və layihənin qiymətləndirilməsi

 

1.Risk anlayışı haqqında məlumat.

2.Risklərin başvermə mənbəyi və təsnifatı.

3.Risklərin idarə olunması.

4.Risklərin eyniləşdirilməsi və qiymətləndirilməsi.

5.Risklərin qarşısının alınması və azaldılması yolları.

 

Mövzuda risk anlayışı haqqında, onların başvermə mənbəyi, təsnifatı haqqında  ətraflı məlumat verilmişdir. Layihədə risklərlə qarşılaşmanın əsas səbəbinin bütün layihələrdə mövcud olan qeyri-müəyyənliyin olması izah olunmuşdur. Layihələrdə risklərə dözümlülük, risk həddi, tanınmamış risk anlayışı və s. ətraflı şərh olunmuşdur. Mövzuda risklərin təsnifatı: baş vermə mənbəyinə görə: xarici (xarici mühitdəki dəyişikliklərlə əlaqəli); Daxili (layihədəki dəyişikliklərlə əlaqəli) amilləri ətraflı qeyd olunmuşdur. Funksional sahələrə görə: texniki (elan olunan xüsusiyyətləri əldə edə bilməmək, materialların və komponentlərin keyfiyyətinin aşağı düşməsi və s.); təşkilati və idarəetmə (mənbələr, qiymətləndirmələr, planlaşdırma, prioritetləşdirmə və s.); maliyyə (layihənin maliyyələşdirmə cədvəlinin pozulması, investorun layihədə iştirakdan imtina etməsi, iş dəyərinin dəyişməsi və s.) riskləri haqqında məlumat verilmişdir.

 

7.“Tədqiqat və layihə bacarıqları” fənninin mövzuları üzrə tələbə bilməli, bacarmalı olduqları səriştələr:

 

Mövzunun adı

Mövzunun öyrənilməsi nəticəsində  tələbə bilməlidir

Mövzunun öyrənilməsi nəticəsində  tələbə bacarmalıdır

1.Tədqiqat və layihələndirmə fənninə giriş, əsas anlayışlar və prinsiplər

- Tədqiqat və layihələndirmə haqqında anlayışı;

- layihələndirmə və ekspertizanın yaranma və inkişaf tarixini;

- layihə fəaliyyətinin mərhələləri  və ekspertizasının aparılması haqqında mənbələri araşdırmaq üsullarını.

- Tədqiqat və layihələndirmə fənninin prinsiplərini araşdırmağı və tətbiq etməyi;

- müxtəlif tipli layihələrin xüsusiyyətlərini təhlil edib əsaslandırmağı.

  

2.Elmi araşdırma və layihələndirmənin quruluşu, problemin müəyyən edilməsi və metodların seçilməsi

 

- Elmi araşdırmaların quruluşunu;

- layihələndirmənin prinsiplərini;

- elmi-tədqiqat üsullarının strukturu və mərhələlərini.

- Elmi araşdırmaların aparılması üçün normativ bazaları tətbiq etməyi;

- informasiya toplamağı və onun emal olunmasını;

- elmi-tədqiqat üsullarının mərhələlərini tətbiq etməyi.

3.İdeal metodlar. Məhsul və layihənin formaları

- İdel metodları və onların araşdırılmasını;

- məhsul və layihənin formalarını;

- sınaq metodunun vacibliyini;

- qrup işinin təşkili yollarını;

- beyin yazı metodu, beyin fırtınası metodu, altı papaq metodunu.

- İdeal metodlar haqqında məlumatları tolamağı;

- məhsul və layihə   formalarını analiz etməyi;

- sınaq metodunun prinsiplərini təhlil etməyi;

- beyin fırtinası, yazı meodlarını qrup işində tətbiq etməyi, digər metodlardan istifadə etməyi.

4.Ədəbiyyatla işləmə üsulları, məlumatların toplanması, informasiya mənbələri və etik problemlər

- Ədəbiyyatla işləməyi,

- ədəbiyyatların axtarış mənbələrini;

- informasiyaların axtarış strategiyasını və məlumatların toplanması qaydalarını;

- elmi ədəbiyyatların növlərini, vacib məlumatların seçilib toplanmasını.

- Elmi ədəbiyyatların seçilib qruplaşdırılmasını;

- ədəbiyyatların axtarış mənbələrini tapmağı;

- layihələrin seçilməsi işlərini planlaşdırmağı və mərhələlərə ayırmağı.

5.Layihənin planlanması, müddəti və təsviri

 

 

- Layihənin planlaşdırılması və tərtibini;

- layihələrin idarə olunması prinsiplərini;

- layihələrin hazırlanma məqsədini;

- layihənin ierarxik səviyyələrini;

- layihələrin mərhələlərini;

- layihənin büdcəsi və büdcə prinsiplərini.

- Layihələrin planlaşdırılmasını;

- layihələrin hazırlanması metodlarının tətbiqini;

- layihələrin davametmə müddətini təyin etməyi;

- layihənin büdcəsi və büdcə prinsipləri ilə işləməyi.

 

 

6.Layihə tipləri, layihə hazırlamanın mərhələləri

- Layihənin tiplərini, hazırlanmasını, təqdimat üzrə təsnifləşdirilməsini;

- yaradıcı layihənin hazırlanması metodologiyasını;

- biznes layihələrinin hazırlanması prinsiplərini;

- təqdimat planının hazırlanmasını;

- layihənin miqyasına və mürəkkəbliyinə görə təsnifləşdirilməsini.

- Layihə tiplərinin təhlilini;

- layihələrin təqdimat üzrə qruplaşdırılmasını;

- layihə tiplərini miqyasına və çətinliyinə görə təsnifləşdirməyi;

- yaradıcı bir layihənin hazırlanmasını.

7.İşçi heyətinin formalaşdırılması və əlaqələrin qurulması

- İşçi heyətinin formalaşdırılmasını;

- layihə idarəetmə qruplarının yaradılmasını;

- layihə rabitə idarəetmə sisteminin təşkilini;

- effektiv ünsiyyət meyarlarını.

- İşçi heyətini formalaşdırmağı;

- layihənin icrasında müstəqil işləməyi;

- layihənin həyata keçirilməsi üçün işçi heyətini təşkil etməyi;

- layihənin həyata keçirilməsində və tələb olunan nəticələrin əldə edilməsində şəxsi motivasiyasını, marağını aşılamağı.

8.Layihə hesabatının yazılması və təqdimatı

- Layihə hesabatlarının yazılma qaydalarını və onların təqdimatı prinsiplərini;

- qrant layihələr üçün yeni hesabat formalarının hazırlanıb təsdiq olunması qaydalarını;

- layihələrin elektron təqdimatı qaydalarını;

- statistik hesabatın formalarını.

- Layihə hesabatını tərtib etməyi;

- hesabatın yazılma qaydasını: layihənin adı; layihənin qiymətləndirilməsi və hesabatı;

- layihənin davamlılığı və büdcəsi məsələlərini analiz etməyi.

9.Şəhərsalma layihələrinin ekoloji əsaslandırılması

- Şəhərsalma layihələndirilməsinin obyekt və tiplərini;

- layihələrin ekoloji əsaslandırılmasını;

- layihələrin məlumat bazasını;

- şəhərsalma landşaftının planlaşdırılması prinsiplərini;

- böyük şəhərlərin, meqopolislərin layihələndirilməsi prinsiplərini.

- Şəhərsalma layihələrinin ekoloji əsaslandırılması üçün ərazinin təbii xüsusiyyətlərinin araşdırılmasını;

- şəhərsalma layihələrinin obyekt və tiplərini qruplaşdırmağı;

- əhalinin sayından asılı olaraq şəhərlərin tiplərindən asılı olaraq nə qədər əhali yaşamasını analiz etməyi.

10.Sanitar-mühafizə zonalarının ekoloji layihələndirilməsi

- Sanitar-mühafizə zonalarının yaradılması layihələrini;

- sanitar-mühafizə zonalarının sərhədlərinin təyinini və miqyaslarının müəyyən edilməsini.

- sanitar-mühafizə zonalarının müəyyən edilməsi ilə əhaliyə təsirin fiziki faktorlarının hesabatı haqqında məlumatları.

- Sanitar-mühafizə zonalarının yaradılması üçün ayrılan  yerlərin araşdırılmasını və nəticə çıxarmasını;

- layihə üçün ayrılmış yerlərin miqyasını müəyyən etməyi;

- ətrafda yaşayan əhaliyə fiziki faktorların olub-olmamasını təyin etməyi.

11.Təbiəti mühafizə obyektlərinin geoloji layihələndirilməsi

- Təbiəti mühafizə obyektlərinin təyinatı və tipologiyası;

- xüsusi mühafizə olunan təbiət ərazilərini (XMTƏ);

- təbiət parkları və onların mühafizəsini;

- təbiəti mühafizə obyektlərinin ətraf əraziyə təsirini;

- ekoloji karkasların layihələndirilməsi sxeminin tərtibi prinsiplərini.

- Təbiəti mühafizə obyektlərini təyinatına görə qruplaşdırmağı;

- obyektlərin layihələndirilməsi zamanı spesifik ekoloji funksiyaları həyata keçirtmək üçün coğrafi məkanlar haqqında informasiyanı toplamağı və emal etməyi.

12.Əsas energetika bazalarının  ekoloji layihələndirilməsi.

- Əsas energetika bazalarının  ekoloji layihələndirilməsi haqqında məlumatları;

- istilik energetika texnologiyasının xüsusiyyətlərini, buxar turbini və ya istilik elektrik stansiyası haqqında məlumatları;

- qaz, kömür, çox az hallarda torf, şistlər, istilik elektrik stansiyalarının (İES) işləməsi üçün lazım olan enerji mənbələrini.

- İstilik energetika sistemlərinin təbiətə təsirinin monitorinqinin aparılmasını,

- Ətraf mühitə təsirin qiymətləndirilməsinin spesifikasını təhlil etməyi;

- təbii landşaftın atmosferə atılan tullantılara reaksiyasını, onların bitki örtüyünə, torpağa nüfuz etməsini, maddələrin geosistemə köçürülməsini araşdırıb təhlil etməyi.

13.Su anbarlarının geoloji layihələndirilməsi

- Su anbarlarının təyinatı və təsnifatını;

- içməli su təyinatlı anbarları;

- kompleks təyinatlı su anbarlarını;

- birtərəfli təyinatlı su anbarlarını;

- su anbarları və energetika haqqında;

- daşqınlarla mübarizədə su anbarlarının rolunu;

- suvarma üçün su anbarlarının əhəmiyyətini;

- balıqçılıq təsərrüfatı üçün su anbarlarının əhəmiyyətini.

- Su anbarlarının müxtəlif istiqamətlər üzrə təyinatını müəyyən etməyi;

- içməli su və kompleks təyinatlı su anbarlarının işinin monitorinqini aparmağı;

- suvarma üçün ayrılmış su anbarlarının əhəmiyyətini təyin etməyi;

- balıqçılıq təsərrüfatı üçün su anbarlarının əhəmiyyətini qiymətləndirməyi.

14.Ekoloji reabilitasiya obyektlərinin layihələndirilməsi

- Ekoloji reabilitasiyanın metod və texnologiyalarını;

- bərk məişət tullantılarının emalı (MTE) haqqında məlumatları;

- MTE-nin təşkil olunması prinsiplərini;

- termiki emal (əsasən yandırılma şəklində) prosesinin təşkili qaydalarını.

- Müasir ekoloji reabilitasiya metod və texnologiyalarının tətbiqini;

- bərk məişət tullantılarının emal proseslərini təhlil etməyi, poliqonları yerləşdirməyi və monitorinqinin  aparılmasını.

15.Layihə riskləri və layihənin qiymətləndirilməsi

- Layihə riskləri haqqında anlayışları;

- yüksək risk fəaliyyətini, risklərə dözümlülük dərəcəsini, tanınmamış riskləri, risk həddini;

- risklərin təsnifatı: başvermə mənbəyinə görə, funksional sahələrə görə, maliyyə itkisi səviyyələrinə görə, risklərin idarə olunmasını;

- riskin səbəbi və nəticəsini.

- Risklərin identifikasiyasını aparmağı;

- risk həddini araşdırıb qiymətləndirməyi;

- risklərin qarşısının alınması və azaldılması problemlərini  təhlil etməyi;

- riskin nəticəsini analiz etməyi və preventiv tədbirləri müəyyənləşdirməyi.

 

 

8.“Tədqiqat və layihə bacarıqları” fənninin tədrisində istifadə ediləcək tədris materiallarının siyahısı:

 

1. Sillabus;

2. Mühazirə mətnləri;

3. Təqdimat;

4. Özünü sına seminar sualları;

5. Mövzular üzrə test tapşırıqları;

6. Digər bölməsi: fənn üzrə əsas dərslik, əlavə dərslik, internet resursları, mövzular üzrə   çəkilmiş videolar.

 

9. “Tədqiqat və layihə bacarıqları” fənninin tədrisində istifadə ediləcək interaktiv metodlar

 

ü mühazirə, seminar, praktiki tapşırıqlar;

ü təqdimat və müzakirə, debatlar; Quizz, Kahoot;

ü ekspert metodu; video va audio mühazirələr; distant təhsil;

ü araşdırma-tədqiqat; layihə, qrup qiymətləndirməsi;

ü problemli öyrənmə texnologiyası;

ü kiçik qruplarda iş (teamwork), işgüzar oyunlar,

ü xüsusi nümunələrin (case-study) öyrənilməsi və təhlili,

ü qrup işlərin yazılması və test tapşırıqların yerinə yetirilməsi və s.

 

 

 

 

 

 

 

10. “Tədqiqat və layihə bacarıqları” fənninin tədrisində istifadə ediləcək ədəbiyyat siyahısı

 

Fənnin tədrisində istifadə olunan əsas dərslik

Fənnin tədrisində istifadə olunan əlavə dərsliklər

Fənnin tədrisində istifadə olunan internet resursları

 

1.                  American Water Works Association, American Society of Civil Engineers. (2012). Water Treatment Plant Design 5/E (5th ed.). McGraw-Hill Professional

2.                  Smith,N.J. (2007). Engineering Project Management (3rd ed.). Wiley-Blackwell.

1.                     Azərbaycan Respubilkasının ekologiya qanunvericiliyi (normativhüquqi aktlar toplusu), I cild. BakıQanun 2006, 760 s.

2.                     Azərbaycan Respubilkasının ekologiya qanunvericiliyi (normativhüquqi aktlar toplusu), II cild. BakıQanun 2006, 884 s.

3.                     Q.Məmmədov, M.Xəlilov. Ekologiya ətraf mühit. Bakı, Elm, 2004. 600 s.

4.                     R.İ.Hüseynov, T.B.Qocayev. Ekologiya. Bakı, 2003. 450 s.

5.                     Дончева А.В. Экологическое проектирование и экспертиза: практика: учебное пособие / А. В. Дончева. - М. : Аспект Пресс, 2005. - 285 с.

6.                     İbrahim Peker.Çevre mühendisliğinde temel işlemler. Birsen Yayınevi. İstanbul, 2007. 245 səh.

1.                     https://acikders.ankara.edu.tr/course/view.php?id=451

2.                     https://ets.anadolu.edu.tr/storage/nfs/IKT102U/ebook/IKT102U-13V2S1-8-0-1-SV1-ebook.pdf