Müasir Dövrdə Azərbaycanda Regional İnkişaf Siyasəti


Creative Commons License

Mahmudova İ.

“DAYANIQLI İNKİŞAF VƏ İNNOVASİYA İQTİSADİYYATI” MÖVZUSUNDA İQTISADİYYAT VƏ SOSİAL ELMLƏR SAHƏSİNDƏ TƏDQİQATÇILARIN II BEYNƏLXALQ ELMİ KONFRANSIN MATERİALLARI, vol.7, no.1, pp.233-239, 2025 (Conference Book)

Qısa məlumat

In the modern era, the regional development policy of Azerbaijan is one of the main directions of the state’s socioeconomic development strategy. The purpose of this policy is to ensure the balanced distribution of economic activity across the country, reduce interregional disparities, promote the efficient use of local resources, and improve the welfare of the population. Since 2004, Azerbaijan’s regional development policy has gained a systematic character through the implementation of the “State Programs on the Socio-Economic Development of the Regions” and the “Regional Development Program for 2021–2025.” As a result of these programs, infrastructure in the regions has been renewed, industrial and agricultural sectors have developed, state support for entrepreneurship has strengthened, and employment levels have increased. In recent years, this policy has been further expanded through strategic documents such as “Azerbaijan 2030: National Priorities for Socio-Economic Development” and “The Great Return to the Liberated Territories.” In the new era, the main directions of regional development include the application of the digital economy, the creation of green energy zones, the formation of innovative production sectors, and the improvement of the population’s quality of life. The regional development policy is now focused more on innovation, digitalization, green economy, the use of renewable energy sources, and territorial restoration. Large-scale reconstruction and building works in the liberated territories represent a new stage of regional development policy and are implemented within the framework of the “Great Return” program. Thus, at the present stage, Azerbaijan’s regional development policy serves as one of the priority directions that ensures sustainable and inclusive economic development, contributes to national security, and promotes social welfare

Müasir dövrdə Azərbaycanda regional inkişaf siyasəti dövlətin sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Bu siyasətin məqsədi ölkə ərazisində iqtisadi fəaliyyətin balanslaşdırılması, regionlararası fərqlərin azaldılması, yerli resursların səmərəli istifadəsi və əhalinin rifah səviyyəsinin artırılmasıdır. Azərbaycan Respublikasında regional inkişaf siyasəti 2004-cü ildən etibarən həyata keçirilən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları” və 2021–2025-ci illər üçün Regional İnkişaf Proqramı sistemli xarakter almışdır. Bu proqramlar nəticəsində regionlarda infrastruktur yenilənmiş, sənaye və kənd təsərrüfatı sahələri inkişaf etmiş, sahibkarlığa dövlət dəstəyi güclənmiş və məşğulluq səviyyəsi yüksəlmişdir. Son illərdə bu siyasət “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “İşğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış” kimi strateji sənədlərlə daha da genişlənmişdir. Yeni dövrdə regional inkişafın əsas istiqamətləri rəqəmsal iqtisadiyyatın tətbiqi, yaşıl enerji zonalarının yaradılması, innovativ istehsal sahələrinin formalaşdırılması və əhalinin həyat keyfiyyətinin yüksəldilməsidir. Regional inkişaf siyasəti daha çox innovasiya, rəqəmsallaşma, yaşıl iqtisadiyyat, bərpa olunan enerji mənbələrinin istifadəsi və ərazi bərpası kimi istiqamətlərdə cəmlənmişdir. İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri regional inkişaf siyasətinin yeni mərhələsini təşkil edir və “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilir. Beləliklə, müasir mərhələdə Azərbaycanın regional inkişaf siyasəti ölkənin dayanıqlı və inklüziv iqtisadi inkişafını təmin edən, həm milli təhlükəsizlik, həm də sosial rifah məqsədlərinə xidmət edən prioritet istiqamətlərdən biri kimi çıxış edir